Azərbaycan Kaskadyorlar Gildiyası rəsmi saytını ictimaiyyətə təqdim etdi

Azərbaycan Kaskadyorlar Gildiyası  rəsmi saytını ictimaiyyətə təqdim etdi
14 aprel 2026
# 11:15

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) dəstəyilə yaradılmış Azərbaycan Kaskadyorlar Gildiyasının rəsmi saytının təqdimatı olub.

Kulis.az xəbər verir ki, tədbir ölkənin tanınmış rejissorlarını, prodüserlərini və aktyorlarını bir araya gətirərək peşəkar müzakirələr və yaradıcı fikir mübadiləsi ilə yadda qalıb.

Çıxış edən natiqlər Gildiyanın fəaliyyət istiqamətlərini yüksək qiymətləndirərək, onun Azərbaycan kinosunda döyüş səhnələrinin keyfiyyətinin artırılması və peşəkar kaskadyor məktəbinin formalaşmasında mühüm rol oynayacağını vurğulayıblar. Onlar həmçinin bu təşəbbüsün beynəlxalq əməkdaşlıqlara yol açacağına inandıqlarını bildiriblər.

Tədbirdə Gildiyaya dəstək göstərən rəsmi qurumlar və fərdi şəxslər haqqında ətraflı məlumat təqdim olundu. Daha sonra Gildiyanın təsisçiləri — Sain Fərhad və Sərxan Tağıyev çıxış edərək təşkilatın məqsədləri, gələcək planları və beynəlxalq standartlara uyğun inkişaf strategiyası barədə fikirlərini bölüşüblər.

Çıxışların ardınca Gildiyanın rəsmi saytının təqdimatı keçirilib. Saytın funksionallığı, təqdim etdiyi imkanlar və kaskadyor sənətinin inkişafına verəcəyi töhfələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Rəsmi saytın təqdimatını “Millenium Creative Agency” rəhbəri Salman Ələkbərzadə etdi.

Qeyd edək ki, təqdimatı AKİ-də baş tutan sayt (www.azsg.az) Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

# 934 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədə muzeylərə giriş şəxsiyyət vəsiqəsi ilə olacaq

Türkiyədə muzeylərə giriş şəxsiyyət vəsiqəsi ilə olacaq

18:00 2 oktyabr 2026
Gürcüstan azərbaycanlısı dünya dəbinin ən nüfuzlu simalarının siyahısında

Gürcüstan azərbaycanlısı dünya dəbinin ən nüfuzlu simalarının siyahısında

17:15 2 oktyabr 2026
"Qızıl Portağal" film festivalının  siyahısı açıqlandı

"Qızıl Portağal" film festivalının siyahısı açıqlandı

17:00 2 oktyabr 2026
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı ödənildi

Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı ödənildi

16:45 2 oktyabr 2026
Timuçin Esen və Funda Eryiğit məşhur rejissorun tamaşasında

Timuçin Esen və Funda Eryiğit məşhur rejissorun tamaşasında

16:00 2 oktyabr 2026
Fotoqrafiya dərnəyi yeni mövsümə start verir - Tanınmış simaların iştirakı ilə

Fotoqrafiya dərnəyi yeni mövsümə start verir - Tanınmış simaların iştirakı ilə

15:30 2 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər