Filmimiz Qran-priyə layiq görülüb

Filmimiz Qran-priyə layiq görülüb
15 aprel 2025
# 09:12

11-14 aprel tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində XII Beynəlxalq “Umid” Kinoforumu keçirilib.

Kulis.az xəbər verir ki, kino tədbirində ölkəmiz iki ekran əsəri ilə – Azər Quliyevin “Sanki yoxsan” və Murad Şükürlünün “Bir vaxtlar Sabunçuda” filmləri ilə təmsil olunub.

“Sanki yoxsan” filmi münsiflər heyəti və tamaşaçılar tərəfindən yüksək qiymətləndirilərək beynəlxalq müsabiqənin baş mükafatı – Qran-priyə layiq görülüb.

Azərbaycan və Fransanın birgə istehsalı olan “Sanki yoxsan” filminin quruluşçu rejissoru Azər Quliyev, baş prodüseri Mehman Fətullayev, prodüseri Əli-Səttar Quliyev, quruluşçu rəssamı Quram Navrozaşvilidir.

Qeyd edək ki, Fransanın “LaLuna” şirkətinin istehsalı olan “Sanki yoxsan” filmi ötən ilin may ayında 77-ci Kann Beynəlxalq Film Festivalının qısametrajlı filmlər müsabiqəsində nümayiş etdirilmişdi.

# 213 dəfə oxunub

Oxşar xəbərlər

Virtual qurbanvermə ayinləri, onlayn daş-qalaq - Qismət

Virtual qurbanvermə ayinləri, onlayn daş-qalaq - Qismət

18:30 16 aprel 2025
Ələkbər Tağıyev kimdir?

Ələkbər Tağıyev kimdir?

18:03 16 aprel 2025
Kinematoqrafçılarımız Kann Film Festivalında

Kinematoqrafçılarımız Kann Film Festivalında

17:30 16 aprel 2025
Tarkanın anası vəfat etdi

Tarkanın anası vəfat etdi

17:06 16 aprel 2025
Üzeyir Hacıbəyli - 140

Üzeyir Hacıbəyli - 140

16:30 16 aprel 2025
Üzeyir Hacıbəyli - 140

Üzeyir Hacıbəyli - 140

16:30 16 aprel 2025
#
#
# # #