Azərbaycan filmi beynəlxalq müsabiqədə qalib oldu

Azərbaycan filmi beynəlxalq müsabiqədə qalib oldu
21 iyun 2023
# 09:08

Qazaxıstanın Türkistan şəhərində “Altın Saka” III Beynəlxalq Animasiya filmləri festivalı keçirilib.

Kulis.az xəbər verir ki, türkdilli ölkələrin animasiya filmlərinin iştirak etdiyi festivalın müsabiqə proqramına ümumilikdə 41 film seçilib.

Münsiflər heyətinin dəyərləndirməsindən sonra qaliblər müəyyən olunub. Festivalın qalibləri arasında “OB FILM” studiyasının istehsalı olan “Tarix” animasiya filmi də var. Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmiş “Tarix” filminin rejissoru Ceyhun Türksoy, bəstəkarı Şəmsi Tağıyev, ssenari müəllifi və prodüseri Orxan Behbiddir.

“Tarix” filmi “Altın Saka” Festivalında üçüncü yerə layiq görülüb.

“Altın Saka” festivalının münsiflər heyətində Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Azərbaycandan olan kino mütəxəssisləri iştirak ediblər. Azərbaycanı münsiflər heyətində “Azərbaycanfilm” kinostudiyasının əməkdaşı, ADMİU-nun müəllimi, ssenarist Ramil Ələkbərov təmsil edib.

Qeyd edək ki, film məktəb gündəliyində qeyd olunan rayonlarımızın işğal tarixlərini heç cür əzbərləyə bilməyən oğlan haqqındadır. O, oyuncaqları ilə oynadıqdan sonra yuxuya gedir. Yuxuda qəhrəmanımızın oyuncaqları real hərbi texnikalara çevrilərək düşmənin üzərində zəfər çalır. Uşaq oyanır, gündəliyi açır və işğal tarixlərinin üzərindən qırmızı xətt çəkildiyini qürurla seyr edir.

Xatırladaq ki, "Tarix" filmi bundan əvvəl Bakıda keçirilən 5-ci “ANIMAFILM International Animation Festival”ında, Hindistanda 19-cu “Aakruti-My Creation International Film Festival”ında (Quarter-Finalist), Filippində “Batangas Balisong Film Festival”ında (Finalist) və Xorvatiyada 14-cü “VAFI & RAFI - International Children and Youth Animation Film Festival”ında iştirak edib.

# 3111 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər