Azərbaycan ədəbiyyatı Omanın məşhur “Nizva” dərgisində

Azərbaycan ədəbiyyatı Omanın məşhur “Nizva” dərgisində
25 yanvar 2023
# 12:00

Oman Sultanlığının nüfuzlu "Nizva” (Nizwa) ədəbiyyat dərgisi özünün 113-cü sayında Azərbaycan ədəbiyyatına geniş yer ayırıb.

Kulis.az xəbər verir ki, dərgidə görkəmli şərqşünas alim, professor İmamverdi Həmidovun "Azərbaycan-ərəb ədəbi əlaqələri tarixi” məqaləsi, dok. Əhməd Saminin "Müstəqillik dövründə Azərbaycan ədəbiyyatı” yazısı, Xurşudbanu Natəvan barəsində yazı və şairənin qəzəlləri, Əzizə Cəfərzadənin "Daş oğlan”, Xalq yazıçısı Anarın "Asılqanda işləyən qadın” hekayələri, Səlim Babullaoğlu ilə " Bizim ərəb mədəniyyəti ilə tarixi və dərin əlaqələrimiz var” başlıqlı geniş müsahibə (müsahibəni Məlahət Qəmbərova hazırlayıb), Səlim Babullaoğlu və Damət Salmanoğlunun şeirləri yer alıb. Dərgidə yer alan materialların bəziləri ərəb dilində yazılsa da, bir çox materiallar Əhməd Sami və Kamil Şərifov tərəfindən tərcümə edilib.

Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu bu hadisəni əlamətdar ədəbiyyat hadisəsi hesab edir:

"Dərginin hazırlanması təşəbbüsü tanınmış Oman alimi, semiotik, doktor Aişə əd-Dərməkiyə aiddir. Aişə əd-Dərməki eyni zamanda Omanın tanınmış mədəniyyət adamı, ictimai xadim, Oman Sultanlığı Dövlət Şurasının üzvü, Mədəniyyət, KİV və Turizm komitəsinin rəhbəridir. O vaxtilə Oman Mədəniyyət Klubunun rəhbəri olub və biz bu klubla illər əvvəl əməkdaşlıq memorandumu imzalamış və bu əməkdaşlıq çərçivəsində "Dünya ədəbiyyatı” dərgisinin "Oman ədəbiyyatı xüsusi sayı”nı da nəşr etmişdik.

Bilirsiz ki, ötən il Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə görkəmli Azərbaycan şairəsi, Qarabağ xanlarının varisi Xurşudbanu Natəvanın 190 illik yubileyi keçirilirdi. Ona görə də bu sayda şairə barədə məqalə və onun şeiriyyatından seçmələri dərgiyə göndərdik. Sonra isə Anarın, Əzizə Cəfərzadənin hekayələri, professor İmamverdi Həmidov və doktor Əhməd Saminin ədəbiyyatımızla və Azərbaycan-ərəb ədəbi-mədəni əlaqələri barədə maraqlı məqalələri, habelə müsahibə, Damət Salmanoğlu və mənim şeirlərim həmin sayda yer aldı. Materialların həcmi, janr, növ məsələləri ilə bağlı dərginin təkliflərini nəzərə aldıq əlbəttə.

"Nizva” ədəbiyyat dərgisində Azərbaycan ədəbiyyatına yer ayrılması, onun bu həcmdə təqdim edilməsi olduqca təqdirəlayiq haldır, biz bunu böyük məmnunluqla qarşıladıq. Mən doktor Aişə əd Dərməkiyə və dərginin baş redaktoruna bu gözəl təşəbbüslə çıxış etdiyinə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi adından, eləcə də ədəbiyyatçılar və tərcümçəçilərimiz adından, şəxsən öz adımdan dərin minnətdarlıq hisslərimi çatıdırdım, rəsmi məktub göndərdim. Bu hadisə ədəbiyyatlarımızın və mədəniyyətlərimizin mübadiləsi və yaxınlaşması istiqamətində vacib addımdır, düşünürəm ki, ilk nümunə olmaqla həmişə xalqlarımızın ədəbiyyat tarixində əhəmiyyətli istinad yeri və mənbə kimi yadda qalacaq. Bütün alim və tərcüməçilərimizə- İmamverdi Həmidova, Əhməd Samiyə və xüsusən Kamil Şərifova dərin təşəkkür edirəm...”

qaynarinfo

# 754 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
# # #