Azərbaycan dillər Universiteti “Yaradıcılıq fakültəsi”nə qəbul elan edilidi

Azərbaycan dillər Universiteti “Yaradıcılıq fakültəsi”nə qəbul elan edilidi
21 avqust 2023
# 10:14

Kulis.az xəbər verir ki, Azərbaycan Dillər Universiteti ilə Azərbaycan Yaradıcılıq Fondunun birgə layihəsi olan “Yaradıcılıq fakültəsi”nə qəbulla bağlı müsabiqə elan edilir.

Xalq yazıçısı, akademik Kamal Abdullanın ideyası ilə 2007-ci ildə yaradılan, qısa müddətdə ədəbi ictimaiyyətdə böyük rezonans doğuran, geniş ədəbi proseslərə yol açan “Yaradıcılıq fakültəsi” 2023-2024 tədris ilində tələbələrə Xarici dil (ingilis, rus), Mifologiya tarixi, Fəlsəfə, Dünya ədəbiyyatı, Müasir ədəbi proseslər, Mətnşünaslıq və s. fənlər üzrə dərslər təşkil edəcək, eyni zamanda, yazı sənəti, dram-kino sənəti ilə bağlı praktiki məşğələlər, Ustad dərsləri, görkəmli imza sahibləri ilə görüşlər həyata keçirəcək.

Dərslər həftədə 3 gün olmaqla 2 akademik saat təşkil edir.

“Yaradıcılıq fakültəsi”nə qəbul iki mərhələli olacaq. Birinci mərhələdə təqdim edilən yaradıcılıq nümunələrinin qiymətləndirilməsi, ikinci mərhələdə isə seçilən nümunələrin müəllifləri ilə müsahibə şəklində olacaq.

Fakültəyə qəbulla bağlı tələb olunan ilkin sənədlər aşağıdakılardır:

Avtobioqrafiya;
Yaradıcılıq nümunəsi (şeir, yaxud hekayə, esse)
Tələb olunan sənədlər elektron formada 2023-ci il sentyabrın 20-dək bu ünvana göndərilməlidir: [email protected]

Qeyd edək ki, təhsil müddəti 2 ildir və ödənişlidir.

Fakültəni bitirən məzunlara Azərbaycan Dillər Universitetinin və Azərbaycan Yaradıcılıq Fondunun ortaq diplomu veriləcək.

# 1739 dəfə oxunub

Oxşar xəbərlər

Bekhem ailəsində "soyuq müharibə": Ağır ittihamlardan sonra gələn sürpriz təbrik

Bekhem ailəsində "soyuq müharibə": Ağır ittihamlardan sonra gələn sürpriz təbrik

11:20 5 mart 2026
Herri Stayls: "Mən onda möhtəşəm olmağa çalışan birini görürdüm"

Herri Stayls: "Mən onda möhtəşəm olmağa çalışan birini görürdüm"

10:38 5 mart 2026
“New York Post”: Heydər Əliyev Mərkəzi beynəlxalq incəsənət mərkəzinə çevrilib

“New York Post”: Heydər Əliyev Mərkəzi beynəlxalq incəsənət mərkəzinə çevrilib

10:35 5 mart 2026
Şəhriyar del Gerani:  "Kişi kimi yaşamaq çox çətindir..." - Müsahibə

Şəhriyar del Gerani: "Kişi kimi yaşamaq çox çətindir..." - Müsahibə

10:00 5 mart 2026
"Füyuzat”  dərgisinin 147-ci sayı işıq üzü gördü

"Füyuzat” dərgisinin 147-ci sayı işıq üzü gördü

18:14 4 mart 2026
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olundu

Əməkdar artist Kübra Əliyeva evində ziyarət olundu

18:10 4 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər