Kitab sərgisi

Az pulla xoşbəxt olmağın yolları - Araşdırma

Az pulla xoşbəxt olmağın yolları - Araşdırma
29 mart 2022
# 17:00

Kulis.az pul və xoşbəxtliyin əlaqəsi mövzusunda araşdırmanı təqdim edir.

Psixologiya və iqtisadiyyat sahələrində ədəbiyyata dərin töhfələr vermiş Nobel mükafatlı Deniel Kaneman və mikroiqtisadiyyat ustası Enqus Diton tərəfindən aparılmış araşdırmaya görə, pul ancaq bəlli bir nöqtəyə qədər xoşbəxtlik gətirir.

Topladıqları ciddi informasiyalara əsasən apardıqları araşdırmanın nəticəsində məlum olur ki, Amerikada 75 min dollar qazanca qədər xoşbəxtlik artır, amma ondan sonrakı yüksəlişlərdə sabit qalır.

Araşdırmanın çatışmazlıqları və mühakimə edilə biləcək tərəfləri olsa da, Harvard Universitetində tədrislə məşğul olan Daniyel Gilbertin “Xoşbəxtlikdə Büdrəmək” kitabı ilə birləşdirdikdə şəkil tamamlanır. Daniyel Gilbert deyir ki:

1. “Mal” yox, “təcrübə” alın

Min amerikalı üzərində aparılmış araşdırmaya görə, qoşulanların 57%-i “təcrübə”yə (səyahət, konsert) xərclədikləri puldan daha çox məmnun olublar, nəinki “mal”lara (maşın, elektronik əşya) xərclədikləri pullardan.

Səbəb də odur ki, bir “mal” nə qədər bahalı olursa olsun, bir gün dəyərini itirir və ilk günkü həyəcanından əsər-əlamət qalmır. Amma bir “təcrübə” aldığınız zaman həmin təcrübə xatirəyə çevrilir və onu başqaları ilə bölüşdükdə yenidən o xatirəni yaşayırmış kimi xoşbəxtliyi təkrarən hiss edirsiniz.

Free People at Concert Stock Photo

2. Pulunuzu özünüzə yox, başqalarına xərcləyin

Harvard Biznes Məktəbinin araşdırmalarına əsasən belə bir nəticəyə gəlinib ki, pulunu özünə yox, başqalarına xərcləyən adamlar daha xoşbəxt olurlar.

3. Pulunuzu özünüzlə yox, başqaları ilə xərcləyin

Yuxarıdakının bir az fərqli versiyası. Xərclədiyin pulu da təkbaşına yox, başqaları ilə birlikdə xərclə. Çünki dostların və ya ailənlə birlikdə xərclədiyin pul, yaxınlıq əlaqələri səbəbindən sənə daha çox xoşbəxtlik bəxş edəcək.

Free Four Men Sitting On Ground Stock Photo

4. Bahalı və az şey almaq əvəzinə ucuz və çox şey alın

İlk maddədəki “təcrübə” və “mal” nümunəsində də söhbət açıldığı kimi, hansısa bahalı bir şeyin dəyəri tez bir şəkildə itəcək. Ona görə də qiyməti çox olan şeylərdən az almaq əvəzinə çoxlu ucuz şey alın.

Free Person Standing in Front of Brown Crate Stock Photo

5. Başqalarının xoşuna gəlmək üçün nəsə almaq əvəzinə öz istədiyini al

“Sevmədiyimiz insanlara təsir etmək üçün olmayan pulumuzla, ehtiyacımız olmayan şeyləri alırıq”. Bax bunu etməyin. Heç kimlə yarışmaq lazım deyil, öz arzularınızı qarşı plana qoyun, xoşbəxtlik ordadır.

Free Woman carrying bright red shopping bags Stock Photo

# 2483 dəfə oxunub

Oxşar xəbərlər

"Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim..." - Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

"Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim..." - Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

15:00 4 oktyabr 2025
Cim Kerriyə "Cesar" mükafatı veriləcək

Cim Kerriyə "Cesar" mükafatı veriləcək

13:20 4 oktyabr 2025
Əlisəmid Kürün son vəziyyəti  - Həyat yoldaşından açıqlama

Əlisəmid Kürün son vəziyyəti - Həyat yoldaşından açıqlama

11:55 4 oktyabr 2025
Tanınmış türkiyəli aktyor vəfat etdi

Tanınmış türkiyəli aktyor vəfat etdi

11:43 4 oktyabr 2025
Alim Qasımov Torontoda konsert verdi

Alim Qasımov Torontoda konsert verdi

11:20 4 oktyabr 2025
Məşhur reperə 4 il həbs cəzası verildi

Məşhur reperə 4 il həbs cəzası verildi

11:00 4 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər