"Avroviziya 2026": Builki müsabiqə harada və nə vaxt keçiriləcək?

"Avroviziya 2026": Builki müsabiqə harada və nə vaxt keçiriləcək?
5 mart 2026
# 12:10

Avstriyanın paytaxtı Vyana 2026-cı ilin may ayında 70-ci "Avroviziya" mahnı müsabiqəsinə ev sahibliyi etməyə hazırlaşır. Bu hüququ ölkəyə 2025-ci ildə "Wasted Love" adlı opera-balladası ilə qalib gələn müğənni JJ qazandırıb.

Kulis.az xəbər verir ki, builki yarışma həm texnoloji yenilikləri, həm də siyasi boykot dalğası ilə yadda qalacaq.

"Avroviziya-2026"da ümumilikdə 35 ölkənin nümayəndəsi iştirak edəcək. Lakin İsrailin müsabiqəyə buraxılmasına etiraz olaraq beş ölkə — İslandiya, İrlandiya, Niderland, Sloveniya və İspaniya yarışı boykot etmək qərarına gəlib.

Qeyd edək ki, müsabiqəni maliyyələşdirən "Böyük beşlik" ölkələrindən biri olan İspaniya əslində, Böyük Britaniya, İtaliya, Fransa, Almaniya və ötənilki qalib Avstriya ilə birlikdə birbaşa finala vəsiqə qazanmalı idi.

Avropa Yayım Birliyi (EBU) tərəfindən təşkil olunan müsabiqənin dəyişməz qaydaları builki iştirakçılar üçün də keçərlidir:

Mahnı müddəti: Kompozisiyalar orijinal olmalı və 3 dəqiqədən artıq çəkməməlidir.

İfa tərzi: Canlı ifa mütləqdir; fonoqram və "auto-tune"dan istifadə qadağandır.

Səhnə limiti: Səhnədə rəqqaslar da daxil olmaqla maksimum 6 nəfər ola bilər.

Tarix məhdudiyyəti: Təqdim olunan mahnılar 2025-ci il sentyabrın 1-dən əvvəl yayımlanmamalıdır.

Maraqlıdır ki, Avstraliya 2015-ci ildən bəri hər il müsabiqəyə dəvət olunsa da, qalib gələcəyi təqdirdə yarışmaya ev sahibliyi edə bilməz. İsrail isə 1973-cü ildən bəri EBU üzvü olduğu üçün yarışmada iştirak edir. Rusiya isə Ukraynaya müdaxiləsi səbəbindən 2022-ci ildən bəri müsabiqədən kənarlaşdırılıb.

# 1866 dəfə oxunub

Oxşar xəbərlər

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

19:19 24 noyabr 2026
Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

18:44 24 noyabr 2026
Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

17:46 24 noyabr 2026
Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

17:14 24 noyabr 2026
"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

17:00 24 noyabr 2026
Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

15:46 24 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər