“Avatar-2”nin tam treyleri yayımlandı

“Avatar-2”nin  tam treyleri yayımlandı
3 noyabr 2022
# 10:00

“Avatar”ın çoxdan gözlənilən davamının yeni treyleri yayımlanıb.

Kulis.az xəbər verir ki, “Avatar Su Yolu” bu il dekabrın 16-da bütün dünyada yayımlanacaq. Burda hadisələr ilk filmdəkilərdən 10 illər sonra baş verir. Hekayəyə görə, əsgər Ceyk Salli avatara çevrildikdən sonra Navi xalqının lideri olur və yeni dostlarını Yerdən gələn muzdlu iş adamlarından qorumaq missiyasını üzərinə götürür.

Baş rolları Sem Uortington, Zoi Saldana, Stiven Leng, Covanni Ribizi, Coel David Mur və Keyt Uinslet oynayır.

Qeyd edək ki, elmi-fantastik filmin ilk hissəsi 2009-cu ildə nümayiş olunub. Film insanların və Navi adlı yadplanetlilərin qarşılıqlı əlaqələri, Navi aləminə xətərli müdaxilə barədədir. Üç “Oskar” və bir “Qızıl Qlobus” mükafatını almış “Avatar” dünyanın ən gəlirli filmi olub.

Məlumata görə, üçüncü, dördüncü və beşinci hissə müvafiq olaraq 2024, 2026 və 2028-ci illər üçün planlaşdırılıb.

# 3071 dəfə oxunub

Oxşar xəbərlər

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

16:36 11 iyul 2026
Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

14:28 11 iyul 2026
Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

14:00 11 iyul 2026
Məşhur aktyor zorlama ittihamından bəraət aldı

Məşhur aktyor zorlama ittihamından bəraət aldı

12:43 11 iyul 2026
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

12:00 11 iyul 2026
Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

11:00 11 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər