Audiovizual Şura "ATV Plus"u məhkəməyə verdi

Audiovizual Şura "ATV Plus"u məhkəməyə verdi
9 oktyabr 2024
# 15:03

"ATV Plus" MMC-nin retranslyasiya paketin hüquqi sənəd olmadan xarici televiziya kanalının retranslyasiya (bir teleradio yayımçısının yayımladığı teleradio proqramlarının digər teleradio yayımçısı tərəfindən texniki vasitələrin köməyi ilə qismən, yaxud tam və dəyişdirilmədən qəbulu və eyni vaxtda yenidən yayımlanması) olunması faktı aşkarlanıb.

Kulis.az xəbər bununla bağlı Audiovizual Şura tərəfindən 4 oktyabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilib və İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbləri nəzərə alınaraq müvafiq məhkəməyə göndərilib.

"Audiovizual Şura bir daha operatorların nəzərinə çatdırır ki, onların əhaliyə təqdim etdikləri retranslyasiya paketlərinə daxil edilən xarici televiziya kanalları yalnız buna hüquq verən sənədin mövcudluğu halında retranslyasiya oluna bilər", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, hazırda Audiovizual Şuranın mütəxəssisləri bir sıra operatorlar tərəfindən təqdim olunan sənədlərə və onların retranslyasiya paketlərinə baxışı həyata keçirir, müvafiq monitorinq işləri aparırlar.

# 2273 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər