"Atam, anam, qardaşım, mən və Stalin" tamaşası nümayiş olundu

"Atam, anam, qardaşım, mən və Stalin" tamaşası nümayiş olundu
16 fevral 2023
# 13:20

Ötən gün tənqidçi, ədəbiyyatşünas Azər Turanın yazdığı "Atam, anam, qardaşım, mən və Stalin" dramı əsasında əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanovun quruluş verdiyi eyni adlı tamaşa nümayiş olunub.

Kulis.az xəbər verir ki, tamaşa Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında hazırlanıb. Əsər Cavidlərin - Hüseyn Cavidin, Mişkinaz Cavidin, Ərtoğrul Cavidin və Turan Cavidin - Stalin repressiyası səbəbindən məruz qaldıqları məşəqqətli ömür yollarından bəhs edir.

Premyera böyük maraqla qarşılandı və anşlaqla keçdi. Hüseyn Cavidin nakam taleyi, bütünlükdə Cavidlər aləsinin iztirablarla keçən həyatı tamaşada şairin qızı Turan Cavid obrazının nümunəsində əyaniləşdi. Xatirələr, məktublar, gerçəkdə baş verən hadisələr, bütünlükdə Cavid faciəsi, ötüb keçən əzabla dolu ömür övladlarının, ailəsinin yaşantılarında uğurlu aktyor oyunu nümunəsində əksini tapdı.

Hüseyn Cavidin 140 illiyinə həsr olunan tamaşanın nümayişində Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Xalq şairi Nəriman Həsənzadə, Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, Xalq yazıçısı Elçin, Mətbuat Şurasının sədri Rəşad Məcid, Xalq artisti Ramiz Həsənoğlu, Hacı İsmayılov, akademik Nizami Cəfərov, Xalq rəssamı Sakit Məmmədov, yazıçı Seyran Səxavət, İlqar Fəhmi, Səlim Babullaoğlu, eləcə də digər ədəbiyyat və sənət adamları iştirak ediblər.

Qeyd edək ki, tamaşanın tərtibatçı rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor köməkçisi İmaməli İmaməliyevdir.

Səhnə əsərində rolları əməkdar artist Esmiralda Şahbazova, aktyorlar Samir Əliyev, Pərvin Dadaşova, Niyaməddin Səfərəliyev ifa ediblər.

# 2590 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər