Aqil Abbasın yeni kitabı təqdim edildi

Aqil Abbasın yeni kitabı təqdim edildi
30 mart 2023
# 17:50

Millət vəkili, yazıçı Aqil Abbasın "Çay qırağında bitib, susuz qalan ağacların sağlığına" romanının təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyində baş tutan təqdimatda yazıçı Seyran Səxavət, tənqidçi Əsəd Cahangir, Akademik Nizami Cəfərov, Xalq qəzetinin baş redaktoru Əflatun Amaşov, Millət vəkili Etibar Əliyev, şair Ayaz Arabaçı, yazıçı-publisist İradə Tuncay, şair Qəşəm Nəcəfzadə, yazıçı Kənan Hacı və A.Abbasın digər qələm yoldaşları və dostları iştirak ediblər.

Yazıçı jurnalistlərə açıqlamasında kitabında son illərdə Azərbaycan-Ermənistan arasında baş verən hadisələrə diqqət çəkdiyini bildirib: “ Kitab Ağdamlıların çox sevdiyi Qarabağ haqqında yazılıb. Burada Qarabağ müharibəsindən bəhs edilir. Qarabağdakı insanların həyatından, qaçqın həyatından danışılır. 30 ildir ki, zaman keçirdi və doğulan uşaqlar Qarabağlı, Ağdamlı, Füzulili, Laçınlı olmurdu. Bu bizim yaralı yerimiz idi. Kitabda yumorla yanaşı böyük kədər var. Hətta bəzi yerlərində hönkürüb ağlamaq olar. Bədii əsər olsa da, burada tarixi faktlar da yer ayrılıb.

Təqdimatda iştirak edən ədəbiyyat adamları əsərlə bağlı fikirlərini bölüşüblər.

Tənqidçi Əsəd Cahangir romanın romantik və realist olduğunu bildirib: “ Romanı sözün yaxşı mənasında şumlamışam. Oxuduqca elə bil minalanmış ərazidə gedirdim, hər ayağımın altında mina çıxa bilərdi. Bütün hallarda yaxşı bir iş ərsəyə gəlib. Buna görə Aqil müəllimə təşəkkür edirəm”.

Akademik Nizami Cəfərov yazıçını sərt realizminə görə Ə.B.Haqverdiyevə, Sabirə oxşatdığını bildirib: “Lirikası da satirasından heç geri qalmır . Təbiət etibarilə Aqil həm də publisistdir. Onunla danışmaq da, dalaşmaq da rahatdır. Bilirsən ki, bir şey itirməyəcəksən. Onun istənilən romanını dili sadə aydın olduğu üçün sətirbəsətir əzbərdən deyə bilər. Böyük ədəbiyyat ilə cəmiyyətlə belə sərbəst davranan başqa bir adam yoxdur. Aqilin bu romanda da mənasız söz demək imkanı olmayıb”.

Millət vəkili Etibar Əliyev isə Qarabağ haqqında yaddaşımızın həcmini böyüdən əsərlər yazdığı üçün yazıçıya xüsusi təşəkkür edib:”Böyük Qarabağ yaddaşımızı formalaşdırdığı üçün ona təşəkkür edirəm. Aqil hər gün cammatın içində olduğu üçün sadə danışıq üslubunu ədəbiyyatına da tətbiq edib. Bu onu hamıdan fərqləndirir”.

Sonda yazıçı təqdimata gələnlər üçün kitablarını imzalayıb onlarla xatirə şəkil çəkdirib.


# 4093 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər