Aqil Abbas: "Ermənilərdən üzr istəyirəm "

Aqil Abbas:  "Ermənilərdən üzr istəyirəm "
30 sentyabr 2023
# 18:18

Kulis.az Millət vəkili, yazıçı Aqil Abbasın yeni yazısını təqdim edir.

Biz Murovdan ayaqyalın, başıaçıq, piyada, qucaqlarımızda donan körpələrlə gəlmişdik. Sizi öz maşınınızla, unitazınızla, qarşokunuzla, qucağınızda körpələrlə yola saldığımıza və cocuqlarınıza şokolad, su, ərzaq payladığımıza görə üzr istəyirəm.

Evlərimizi yandırdınız, yağmaladınız, şəhər və kəndlərimizi darmadağın elədiniz, qəbirlərimizi dağıtdınız, ölülərimizi insanlığa sığmayan təhqir etdiniz. Evlərinizi yağmalamadıq. Şəhərlərimizə, Ağcabədiyə, Ağdama, Tərtərə, Füzuliyə minlərlə raket atdınız. Şəhərlərinizi dağıtmadığımıza , ölülərinizin gorunu eşmədiyimizə görə üzr istəyirəm.

Qızlarımızı, qadınlarımızı zorladınız, anaların gözləri önündə oğullarımızın başını kəsdiniz. Yazar Zori Balayan 6 yaşlı qızcığazı divara mismarlayıb dərisini soyub necə ləzzətlə öldüyünü seyr etdiyinə görə, biz balalarınızı öldürmədiyimizə görə, analarınızın gözü qarşısında oğullarının başını kəsmədiyimizə görə üzr istəyirəm.

Mən də yazaram. Balayandan da yaxşı yazaram. Amma mən «Qar üstündə qan çiçəyi» əsərimdə Komandirim 18 yaşlı erməni əsgəri görür donub ölür, öz əsgərinin ölməyinə baxmayaraq, onu bağışlayır ki, get yaşa. Buna görə üzr istəyirəm. «Dolu» romanımda erməni qızını Drakon əsgərlərə zorlamağa qoymadığına görə üzr istəyirəm.

1992-ci ildə Əsgəranda Ağdam uşaqları mənə güllələmək üçün hədiyyə etdikləri erməni əsgərini güllələmədiyimə, sağ buraxdığıma görə üzr istəyirəm.

Bütün tarixi abidələrimizi, məbədlərimizi, məscidlərimizi yandırdınız, içində donuz saxladınız, biz isə Bakıdakı erməni kilsəsini yandırmadıq. Yandırmadığımız cəhənnəm, heç içinə işəmədiyimizə görə üzr istəyirəm.

Əsgərana, Martuniyə, Ağdərəyə, Hadruta bircə dənə bomba atmadığımıza görə üzr istəyirəm.

Sizi sağ-salamat yola saldığımıza görə, polislərimiz uşaqlarınıza, cocuqlarınıza ərzaq yardımı, su, hətta benzin verdiyinə görə üzr istəyirəm.

Və sonda. Sizə işıq, yanacaq, ərzaq, dərman verdiyimizə görə şəhid analarından və şəhidlərin ruhundan üzr istəyirəm.

Həm də bunu yazdığıma görə oxuculardan üzr istəyirəm.

# 4870 dəfə oxunub

Oxşar xəbərlər

Niderland “Avroviziya”da yenidən iştirak edəcək

Niderland “Avroviziya”da yenidən iştirak edəcək

16:30 24 sentyabr 2026
Fotoqrafiya sənətinin 200 illiyi ilə bağlı festival keçiriləcək

Fotoqrafiya sənətinin 200 illiyi ilə bağlı festival keçiriləcək

16:00 24 sentyabr 2026
Sənət dünyasında mübahisə - Heykəl yonan robotlarla bağlı

Sənət dünyasında mübahisə - Heykəl yonan robotlarla bağlı

14:30 24 sentyabr 2026
Aİ-nin Gürcüstanda maliyyələşdirdiyi festival ləğv olundu

Aİ-nin Gürcüstanda maliyyələşdirdiyi festival ləğv olundu

14:25 24 sentyabr 2026
İspaniyalı aktyor ilə amerikalı müğənninin qalmaqalı - Təfərrüatlar

İspaniyalı aktyor ilə amerikalı müğənninin qalmaqalı - Təfərrüatlar

12:30 24 sentyabr 2026
Tarixi amfiteatrın fəaliyyəti dayandırıldı

Tarixi amfiteatrın fəaliyyəti dayandırıldı

11:30 24 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər