Aparıcının arvadı ərini öldürmək üçün "killer" tutdu - Həbs edildi

Aparıcının arvadı ərini öldürmək üçün "killer" tutdu - Həbs edildi
12 mart 2025
# 18:55

Amerikanın məşhur "Ghost Adventures" realiti-şousunun aparıcısı Aaron Qudvinin həyat yoldaşı ərinə qarşı sui-qəsd hazırladığı üçün həbs edilib.

Kulis.az Lent.az-a istinadən xəbər verir ki, Viktoriya martın 6-da həbs edilib. Polisin verdiyi məlumata görə, Qudvinin arvadı ərini öldürmək üçün qatilə 11500 dollardan çox pul verməyi planlaşdırıb. Bildirilib ki, 2024-cü ilin oktyabrında o, cinayəti törədəcək şəxsə Kaliforniyada çəkiliş meydançasında işləyən ərinin yerini deyib və 2500 dollar avans ödəyib.

“Ondan boşanmaqdansa, onu bitirmək qərarına gəldim” deyə Viktoriyanın cinayəti törədən şəxsə göndərdiyi mesajlardan birində qeyd olunub.Polis qatilin telefonunu ələ keçirdikdən və Viktoriya ilə yazışmaları aşkar etdikdən sonra televiziya verilişinin aparıcısına qarşı sui-qəsd hazırlandığını öyrənib.

Televiziya ulduzunun həyat yoldaşı əri ilə münasibət qurmaq istədiyini təkzib edib. O, həmçinin bildirib ki, qatilə qarşıdan gələn cinayətin təfərrüatları ilə mesaj göndərdiyini xatırlamır.

# 2025 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər