Ankara Film Festivalına müraciətlər başlanıb

Ankara Film Festivalına müraciətlər başlanıb
20 iyun 2025
# 12:40

13–21 noyabr 2025-ci il tarixində Kızılay Büyülü Fener Kinoteatrında keçiriləcək 36-cı Ankara Film Festivalının milli tammetrajlı, sənədli və qısa film müsabiqələri üçün müraciətlər başlanıb.

Kulis.az xəbər verir ki, festival çərçivəsində Ankara mövzulu filmlər müsabiqəsinə və festivalın builki vizual kimliyini müəyyən edəcək afişa müsabiqəsinə də müraciətlər qəbul olunur.

Festivalın Koç Universiteti Vehbi Koç Ankara Araşdırmaları Tətbiq və Araşdırma Mərkəzi (VEKAM) ilə birlikdə təşkil etdiyi bu müsabiqənin qalib filmi həmçinin VEKAM Kitabxanası və arxivinə daxil ediləcək və akademik araşdırmalara açılacaq. Müsabiqə müraciətləri 15 sentyabr saat 23:59-da başa çatacaq. Namizəd filmlər isə 9–17 oktyabr tarixləri arasında festivalın saytında və sosial media hesablarında açıqlanacaq.

Qeyd edək ki, müsabiqənin münsiflər heyətində çertyojçu və jurnalist Aslı Alpar, rəssam Habip Aydoğdu, Ankara Film Festivalı direktoru İrfan Demirkol, dizayner, rəssam və akademik Melike Taşçıoğlu Vaughan və akademik Zülfüqar Sayın yer alır.

# 1241 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər