Anasının sevgilisi ilə 20 il birlikdə yaşadı, adı qara siyahıya düşdü – Əslən Naxçıvandan olan Türkan Şoray haqqında maraqlı faktlar

Anasının sevgilisi ilə 20 il birlikdə yaşadı, adı qara siyahıya düşdü – Əslən Naxçıvandan olan Türkan Şoray haqqında maraqlı faktlar
3 mart 2023
# 13:00

Kulis.az türkiyəli aktrisa Türkan Şoray haqqında maraqlı faktları təqdim edir.

Türkan Halit qızı Şoray 28 iyun 1945-ci ildə İstanbulda maddi imkanları məhdud ailədə anadan olub. Atası dəmir yolunda növbətçi işləyib. Anası Meliha Şoray isə evdar qadın olub.

***

Orta məktəb təhsilinə Rami Taş məktəbində başlasa da, daima bir yerdən başqa yerə köçdükləri üçün Türkan orta məktəbi 1956-cı ildə Feriköy orta məktəbində tamamlayır.

1954-cü ildə onun valideynləri boşanır. Türkan və digər bacı-qardaşları anası ilə birgə yaşamağa davam edirlər. Orta məktəbi başa vurandan sonra Türkan kirayə qaldıqları ev sahibinin qızı Emel Yıldızla tanış olur və onun köməyi ilə kino sahəsinə daxil olur.

***

Emel Yıldız həmin vaxt "Kənddə bir qızı sevdim" filmində baş rola çəkilir. Bir gün o, Türkanı da filmin çəkiliş meydançasına aparır. Burada o, filmin rejissoru Türker İnanoğlu ilə tanış olur. İnanoğlu baş rola Türkan Şorayın daha uyğun olacağına qərar verir. Beləliklə, 1960-cı ildə Türkan debütünü edir.

60-cı illərin əvvəllərində Şorayın şöhrəti Türkiyəyə yayılmağa başlayır. Ard-arda filmlərə dəvət alır, kino adamları ilə tanış olur. 1964-cü ildə Metin Erksan tərəfindən çəkilən, Şoray və Ekrem Boranın baş rollarda oynadığı "Acı Həyat" filmi Şoraya ilk Qızıl Portağal mükafatını qazandırır. Bu filmdə manikürçü Nərmin rolu aktrisanın karyerasında əhəmiyyətli yer tutur.
***

Şöhrətinin artması ilə kişilərin diqqətini cəlb edən aktrisa günlərin birində film çəkilişi zamanı özündən xeyli böyük olan iş adamı Rüçhan Adlı ilə tanış olur.

***

Rüçhan Adlının Şorayın həyatında mühüm yeri olur. Ata məhəbbətindən, sevgisindən məhrum böyüyən aktrisa bu sevgi və qayğını Adlıda taparaq 20 il onunla birgə yaşayır.

Ancaq deyilənlərə görə, Gülsen İşer adlı jurnalist Müslüm Gürsesin xanımı haqqnda yazdığı “Ömrüm boyu ağladım” adlı kitabında Rüçhan Adlının Türkan Şoraydan əvvəl onun anası Meliha Şoray ilə sevgi münasibətində olduğunu yazır.

***

Şorayın “sultan” olmasında və qanunlarının formalaşmasında Adlının böyük rolu olmuşdur. Adlı göndərdiyi gül buketlərinə bağladığı kartlarda və ya qoyduğu qeydlərdə Şoraya həmişə "Sultanım" deyə müraciət edirmiş. Bir müddət sonra həmin söz Şorayın ləqəbinə çevrilir.

Ancaq 1966-cı ildə Türkan bir-birinin ardınca çoxsaylı filmlərə çəkilir. Kinoteatrlarda ancaq onun eyni mövzuda çəkildiyi filmlər nümayiş olunur. Bu isə onun əleyhinə işləməyə başlayır. Aktrisa seçici davranmağa, çəkiləcəyi filmlərin müqabilində yüksək qonorar tələb etməyə başlayır. Ancaq bu da film istehsalçıları tərəfindən onun qara siyahıya salınmasına səbəb olur. Belə olan halda Şoray prodüsserlərinin və menecerlərinin köməyi ilə 18 bənddən ibarət qaydalar formalaşdırır. Və təklif olunan hər bir ekran işi üçün bu qaydaları təqdim edir.

***

1977-ci ildə aktrisa Kadır İnanırla birgə “Selvi boylum, al yazmalım” adlı filmə çəkilir. Bu film aktrisanın karyerasında böyük rol oynayır.

1983-cü ildə aktrisa iyirimi il birlikdə yaşadığı Rüçhan Adlıdan ayrılır. Elə həmin ildə o, kino və teatr sənətçisi Cihan Ünalla ailə qurur. Bu evlilikdən onların Yağmur adlı qızları dünyaya gəlir. Ancaq dörd il sonra cütlük ayrılmaq qərarı verir.

***

Çoxları aktrisanın iyirmi il birlikdə olduğu Rüçhan bəyi sevdiyini iddia etsələr də, aktrisa verdiyi müsahibələrdə və açıqlamalarda qızının atasını sevdiyini hiss etdirib. Türkan Şoray müsahibələrinin birində deyir:

"Rüçhan bəy mənim üçün ata kimi idi, çünki o, məndən xeyli yaşlı idi. Cihan bəyin hər zaman ürəyimdə yeri var. Ölənə qədər də belə olacaq. Ən qiymətli varlığım olan qızım Yağmurun atasıdır. Cihan bəy. Çox yaxşı atadır. Yağmurun bütün özəl günlərində bizimlə olub, hər zaman bir yerdə olmuşuq”.

Bəzi yerli mənbələrdə aktrisanın ata tərəfdən Naxçıvanlı olduğu yazılır. Bu haqda o, müsahibələrinin birində deyir:

"Mənim ata tərəfdən əcdadım Naxçıvandandır. Azərbaycanlılar və türklər qardaş və bacılardır. Bizim kökümüz eynidir, dilimiz və dinimiz eynidir"

***

77 yaşlı aktrisa karyerası boyu 222 filmə çəkilib. Dəfələrlə ölkədə və ölkədən kənarda çoxsaylı mükafatlar qazanıb. Türkiyə Cümhuriyyəti Dövlət Sənətçisi adını qazanıb. “Sinemam ve ben” adlı kitabın müəllifidir.


# 4065 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:01 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #