Analığı qardaşını öldürdü, günlərlə ac qaldı, 15 yaşında Bakıya qaloşla gəldi – Fəxri adı olmayan müğənnin efirə çıxmamaq səbəbi nə oldu?

Analığı qardaşını öldürdü, günlərlə ac qaldı, 15 yaşında Bakıya qaloşla gəldi – Fəxri adı olmayan müğənnin efirə çıxmamaq səbəbi nə oldu?
9 fevral 2023
# 12:40

Kulis.az xanəndə Raziyə Şirinova haqqında maraqlı faktları təqdim edir.

Raziyə Şirinova 1940-cı ildə Gədəbəy rayonunda müəllim ailəsində andan olub. Öz şagirdi ilə ailə quran Raziyənin atasının bu evlilikdən üç qızı, iki oğlu dünyaya gəlir. Tale elə gətirir ki, Raziyənin dörd yaşı olanda, 27 yaşlı anası dünyasını dəyişir.

***

Anasının nisgilini daim ürəyində gəzdirən Raziyə və bacı qardaşları çox böyük çətinliklə böyüyürlər.

Yeniyetməlik illərində Raziyənin atası ikinci dəfə Kimya adlı qadınla ailə həyatı qurur. Övladlarına ikinci ana kimi gətirdiyi qadın isə Raziyənin və digər bacı qardaşlarının həyatını cəhənnəmə çevirir. Qadın günlərlə onları ac qoyur, çörək olan otağın açarını isə yaxasından asıb onları ac saxlayır.

***

Raziyə xanım müsahibələrinin birində deyir:

“O qadın üçün biz qul idik. Bizi qarşısında qul kimi işlədirdi. Meşəyə odun yığmağa, tarlaya ot yığmağa göndərirdi. Evin açarını isə yaxasından asıb bizə çörək vermirdi. Biz isə bu barədə utandığımızdan atamıza heç nə deyə bilmirdik. Sonra cavan yaşda qardaşım ögey anam tərəfindən qətlə yetirildi. Hətta ögey qardaşımın oğlu Fəxrəddin Gədəbəydəki evimizi yandırdı. Həmin mənzildə arxivlərim vardı. Onlar da yanaraq, məhv oldu. Ona görə illər öncə Bakıya qaloşla gəldim”.

***

1962-ci ildə Raziyə A. Zeynallı adına Bakı Musiqi texnikumunda qocaman xanəndə Seyid Şuşinskinin kursunda təhsil almağa başlayır. Orada təhsil aldığı illərdə gələcək həyat yoldaşı tar şöbəsində təhsil alan Rafiq Məmmədovla tanış olur.

Texnikumu başa vurandan sonra isə o, Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olur. Birinci kursda oxuyan zaman Rafiq bəylə ailə qururlar. Bu evlilikdən onların iki qızı, bir oğlu dünyaya gəlir.

***

Hələ tələbə ikən «Lalə» qızlar ansamblının, 1964-1970-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olur. 1968-ci ildə gənc muğam ustalarının respublika müsabiqəsinin qalibi adına layiq görülür.

1980-cı ildə R.Şirinova Azərbaycan Dövlət Akademik Opera və Balet teatrına solist vəzifəsinə qəbul edilir, 2005-ci ilə kimi teatrda çalışır. Teatrda çalışdığı illərdə o bir çox yadda qalan obrazlar – “Əsli və Kərəm”də Əsli, “Aşıq Qərib”də Şahsənəm, “Şah İsmayıl”da Ərəbzəngi, “Gəlin qayası”nda Tutu , Əmi qızı, “Leyli və Məcnun”da Məcnunun anası və s. rollarda çıxış edir.

***

Uzun müddət efirlərdə görünməməyinin səbəbini müğənni müsahibələrinin birində belə izah edir:

“Yaşımla bağlı olaraq görünüşümdə ciddi problemlər yaranıb. Bunu bəzi ifaçılar kimi gizlətmirəm. Onu da qeyd edim ki, bir çox verilişlərə dəvət olunuram. Amma efirlərə getmirəm. Mən toyxana müğənnisi olmamışam. Yalnız qohumlarımın el şənliklərində ifa etmişəm. Prezident təqaüdçüsü olsam da, toya getmədiyim üçün hər zaman maddi durumdan əziyyət çəkmişəm. Belə ki, hazırda yaşamağa belə mənzilim yoxdur. Qızım Xəyalənin evində qalırıq. Mənzil şəraitimin yaxşılaşdırılması üçün Mədəniyyət Nazirliyinə və yüksək strukturlara müraciət etmişəm. Xahiş edirəm ki, nəzərə alınsın. Evim olmadığına görə səhnə paltarlarıma da yer yoxdur. Ona görə həmin libasları muzeylərə bağışlayacam.

# 5073 dəfə oxunub

Oxşar xəbərlər

"44 günlük Vətən müharibəsi ədəbiyyatımızda" - Bədii-kulturolji layihə

"44 günlük Vətən müharibəsi ədəbiyyatımızda" - Bədii-kulturolji layihə

14:03 18 yanvar 2025
Film Fondunda “Bir ömürlük xatirə” kitabının təqdimatı olub

Film Fondunda “Bir ömürlük xatirə” kitabının təqdimatı olub

11:50 18 yanvar 2025
“Evdə tək” filminin çəkildiyi malikanə satıldı

“Evdə tək” filminin çəkildiyi malikanə satıldı

18:00 17 yanvar 2025
20 Yanvar hadisələri ilə əlaqədar virtual kitab sərgisi

20 Yanvar hadisələri ilə əlaqədar virtual kitab sərgisi

17:45 17 yanvar 2025
“44” filminin çəkilişləri davam edir

“44” filminin çəkilişləri davam edir

17:12 17 yanvar 2025
“Bu pulları necə yığacam?!” – Keşlə Bazarından reportaj

“Bu pulları necə yığacam?!” – Keşlə Bazarından reportaj

17:00 17 yanvar 2025
# # #