Amerikanın ən məşhur mediumu - O, hansı metodla gələcəkdən xəbər verirdi?

Amerikanın ən məşhur mediumu - O, hansı metodla gələcəkdən xəbər verirdi?
3 yanvar 2026
# 15:30

Bu gün Amerikanın ən məşhur mediumlarından biri Edqar Keysinin anım günüdür.

Kulis.az bu münasibətlə tanınmış kahinin həyatı haqqında maraqlı faktları təqdim edir.

Edqar Keysi (18 mart 1877 – 3 yanvar 1945) ABŞ tarixində ən çox müzakirə olunan və sirli fenomenlərdən biri hesab olunur.

O, hipnoz vasitəsilə trans halına keçərək etdiyi və minlərlə dəfə qeydə alınmış “oxunuşları” ilə tanınıb.

Bu seanslar zamanı Keysi müxtəlif xəstəliklərin diaqnozunu qoyur, müalicə üsulları göstərir, eyni zamanda astrologiya, reinkarnasiya və Atlantida kimi sirli mövzularla bağlı öncəgörmələr səsləndirirdi.

Kentukki ştatında doğulan Edqar Keysi 1945-ci ildə Virciniya-Biç şəhərində vəfat edib.

Onun ən maraqlı xüsusiyyətlərindən biri trans halından çıxdıqdan sonra dediklərinin heç birini xatırlamaması idi.

Keysi iddia edirdi ki, hipnoz zamanı istənilən insanın beyninə “bağlana” bilir və oradakı məlumatlardan istifadə edərək diaqnozlar verir.

Bu prosesin necə baş verdiyi isə bu günə qədər elmi şəkildə izah olunmayıb.

Keysi hələ uşaq yaşlarında ağır xəstələnərək komaya düşmüşdü. Həkimlərin bütün cəhdlərinə baxmayaraq ayılmayan Edqar komadaykən birdən danışmağa başlayıb və öz xəstəliyinin səbəbini izah edərək müalicə üçün xüsusi məlhəmin hazırlanmasını istəyib.

Ailəsi son çarə olaraq deyilənləri yerinə yetirib və uşaq qısa müddətdə sağalıb.

Ayıldıqdan sonra isə Keysi nə dediklərini xatırlamır, adını çəkdiyi bitkilərin əksəriyyətini belə tanımırdı.

Gənclik illərində müxtəlif işlərdə çalışan Keysi öz qabiliyyətindən istifadə etmək istəmirdi və kiçik bir fotoqrafiya dükanı açmışdı.

Lakin uşaqlıq dostu Al Leynin yalvarışları onu hipnoz seansına razı salır. Seans zamanı dostunun xəstəliyinin səbəbləri və müalicəsi yazdırılır.

Bir neçə gün sonra Leynin sağalması şəhərdə böyük səs-küy yaradır və insanlar Keysinin yanına axışmağa başlayır.

Əvvəlcə buna qarşı çıxan Keysi yalnız müəyyən şərtlərlə seanslara razı olur: xəstələri görməyəcək, pul almayacaq və seans zamanı mütləq həkim iştirak edəcəkdi.

Onun trans zamanı verdiyi diaqnozlar o qədər dəqiq idi ki, bir çox həkimlər bunu izah etməkdə çətinlik çəkirdi.

Keysi seanslar zamanı hələ mövcud olmayan dərmanların adlarını çəkir, mürəkkəb formulalar diktə edir, hətta gələcəkdə müraciət edəcək xəstələr üçün əvvəlcədən reseptlər yazdırırdı.

Bir hadisədə seans zamanı yazdırılan dərman formulunun Parisdə yaşayan bir həkimin illərdir istifadə etmədiyi reseptlə tam üst-üstə düşməsi böyük təəccüb doğurmuşdu.

Onun oğlu ağır göz zədəsi aldıqda həkimlər gözlərdən birinin çıxarılmasını tövsiyə etsə də, Keysi hipnoz zamanı fərqli müalicə üsulu göstərir və nəticədə uşaq tam sağalır.

Bu və buna bənzər hadisələr Keysi fenomeninə marağı daha da artırır.

Edqar Keysinin öz ölüm tarixini və saatını da əvvəlcədən bildirdiyi deyilirdi.

O, ağır xəstəliyə tutulduğunu anlayaraq “saat 5-də tam azad olacağam” ifadəsini işlətmişdi.

Vəfat etdikdən sonra onun arxasında 43 il ərzində toplanmış təxminən 14 min stenoqrafik oxunuş qaldı.

Bu materiallarda tibbi tövsiyələrlə yanaşı, gələcəklə bağlı öncəgörmələr də yer alır.

Bu gün də dünyada Edqar Keysi ideyalarını yaşadan, onun irsini araşdıran çoxsaylı təşkilat və mərkəzlər fəaliyyət göstərir.

O, həm tərəfdarları, həm də tənqidçiləri üçün XX əsrin ən maraqlı və sirli şəxsiyyətlərindən biri olaraq qalır.

# 398 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış meyxanaçının qızı ailəsi ilə qəza keçirdi

Tanınmış meyxanaçının qızı ailəsi ilə qəza keçirdi

22:00 3 yanvar 2026
“Yeni ildən sonrakı sindrom”: Ondan necə qorunmaq olar?

“Yeni ildən sonrakı sindrom”: Ondan necə qorunmaq olar?

14:40 3 yanvar 2026
Müharibə etmək niyyətindəsənsə, mən hazır! - Cavad xanın Sisianova məktubu

Müharibə etmək niyyətindəsənsə, mən hazır! - Cavad xanın Sisianova məktubu

14:00 3 yanvar 2026
Janna Darkın qılıncının bir hissəsini oğurladılar

Janna Darkın qılıncının bir hissəsini oğurladılar

13:20 3 yanvar 2026
Məşhur aktyora qarşı seksual qısnama ittihamı

Məşhur aktyora qarşı seksual qısnama ittihamı

12:40 3 yanvar 2026
Cennifer Lopes tənqidlərə cavab verdi

Cennifer Lopes tənqidlərə cavab verdi

12:10 3 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər