Albaniyanın sabiq Prezidenti “Azərbaycanım” jurnalının kollektivi ilə görüşdü

Albaniyanın sabiq Prezidenti “Azərbaycanım” jurnalının kollektivi ilə görüşdü
22 mart 2024
# 11:50

XI Qlobal Bakı Forumunda iştirak etməklə əlaqədar Bakıda səfərdə olan Albaniyanın sabiq Prezidenti, “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının fəxri üzvü və beynəlxalq jurnalın təsis etdiyi “Azərbaycanın Dostu” qızıl ordeninin laureatı İlir Meta “Azərbaycanım” beynəlxalq jurnalının kollektivi ilə görüş keçirib.

Kulis.az xəbər verir ki, görüş “Azərbaycanım” beynəlxalq jurnalının baş ofisində baş tutub. Albaniyanın sabiq Prezidenti İlir Metanı salamlayan beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli onunla Bakıda keçirilən ötən forumlarda və Albaniyanın paytaxtı Tirana şəhərində Prezident iqamətgahında görüşlərini məmnunluqla xatırladıb. Söhbət zamanı Emil Nəsirli rəhbəri olduğu beynəlxalq jurnalın fəaliyyəti barədə məlumat verərək bildirib ki, artıq iqtisadi inkişaf səviyyəsinə görə planetimizin ən sürətlə inkişaf etmiş ölkələri sırasında mövqeyini getdikcə gücləndirən Azərbaycanın dünyada nüfuzu artdıqca “Azərbaycanım” beynəlxalq jurnalının da beynəlxalq əlaqələri möhkəmlənir. E.Nəsirli qeyd edib ki, qloballaşan dünyada informasiya cəmiyyətinin yarandığı indiki şəraitdə media qarşısında daha mühüm və geniş məsələlər durur. Beynəlxalq əlaqələr həm Avropa, həm də Asiya qitəsinin müəyyən bir hissəsini əhatə edən informasiya məkanında kütləvi informasiya vasitələrinin fəaliyyətini əlaqələndirmək, təcrübə mübadiləsini genişləndirmək məqsədilə bir sıra faydalı tədbirlərin reallaşmasına kömək göstərir və ümumi istiqamətdə işimizə kömək edir.

Baş redaktor Emil Nəsirli İlir Metanın Albaniya Prezidenti olduğu dövrlərdə Albaniya-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verərək gələcək yaxın əməkdaşlıq üçün çox əlverişli imkanlar yaratmış olduğunu bildirib. Baş redaktor həmçinin vurğulayıb ki, İlir Meta 2017-2022-ci illərdə Albaniya Prezidenti, bundan əvvəl 1999-2002-ci illərdə Baş nazir, 2013-2017-ci illərdə isə parlamentin sədri olub. O, həmçinin Baş nazirin müavini, xarici işlər naziri, o cümlədən iqtisadiyyat, ticarət və energetika naziri vəzifələrində çalışıb. Prezident İlir Meta IX Qlobal Bakı Forumunda iştirak etmək üçün 2022-ci il iyunun 16-da Azərbaycana işgüzar səfərə gəlib. Ölkələrimiz arasında siyasi dialoq yüksələn xətlə inkişaf edib. 2016-2019-cu illərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Qlobal Bakı forumlarına bir qayda olaraq Albaniya Respublikasının Prezidenti, həmçinin Mərkəzin fəaliyyətində fəal iştirak edən sabiq prezidentləri qatılıblar. İndiyədək Azərbaycan və Albaniya arasında 8 sənəd, həmçinin “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş" imzalanıb.

“Onu da vurğulayaq ki, Albaniya 2022-2023-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Albaniya ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq iqtisadi əlaqələrin əsas istiqamətidir. Azərbaycan ilə Albaniya “Cənub Qaz Dəhlizi”nin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəmərinin (TAP) həyata keçirilməsində uğurla əməkdaşlıq edib. Albaniyanın yüksəksəviyyəli rəsmiləri “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının bütün iclaslarında iştirak edib və layihənin icrasına töhfə veriblər.

Ümumiyyətlə, TAP layihəsi üzrə Hökumətlərarası Saziş 2013-cü ilin fevral ayında Albaniya, İtaliya və Yunanıstan dövlətləri arasında imzalanıb və 2016-cı ilin mart ayından tikinti işləri başlayıb. 2020-ci il dekabrın 31-də TAP boru kəməri vasitəsilə kommersiya qazının nəqlinə başlanılıb. Albaniya podratçı şirkətləri TAP boru kəmərinin tikinti işlərində iştirak ediblər. TAP layihəsinin həyata keçirilməsi çərçivəsində Albaniya öz tranzit imkanlarından faydalanması ilə yanaşı, layihənin icrası bu ölkədə məşğulluğun artmasına böyük töhfə verib.

Emil Nəsirli, həmçinin qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Albaniya ilə əlaqələr yaxın gələcəkdə daha da inkişaf edəcək və bütövlükdə regionda sülhə, sabitliyə, demokratik inkişafa, sosial-iqtisadi yüksəlişə təkan verəcək.

Albaniyanın sabiq Prezidenti İlir Meta “Azərbaycanım” beynəlxalq jurnalının beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində atılan addımları yüksək qiymətləndirib, 2018-ci ildən “Azərbaycanım” beynəlxalq jurnalının fəxri üzvü olmağından, eləcə də həmin ildə jurnalın təsis etdiyi “Azərbaycanın Dostu” qızıl ordeninə layiq görüldüyündən məmnunluğunu bir daha ifadə edib. İlir Meta, həmçinin müstəqil xarici siyasət həyata keçirən Prezident İlham Əliyevin uğurlu diplomatiyası ilə Azərbaycanın əksər dövlətlərin Cənubi Qafqaz regionundakı ən etibarlı tərəfdaşına çevrildiyini xüsusi qeyd edərək, Azərbaycanın bir çox dövlətlərlə strateji tərəfdaşlıq, səmimi dostluq-qardaşlıq münasibətlərinin diplomatik uğur olmaqla yanaşı, onun regionda və dünya arenasında çəkisinin artdığını söyləyib. İlir Meta, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olduğunu bildirib, sabiq Prezident hər il Bakıda keçirilən Qlobal Bakı Forumunu və Mərkəzin təşkil etdiyi digər ali səviyyəli toplantıları hazırkı və keçmiş dövlət və hökumət başçıları üçün öz təcrübələrini bölüşmələri baxımından önəmli platforma kimi qiymətləndirib.

Sonra Albaniyanın sabiq Prezidenti İlir Meta redaksiyanın baş ofisində “Azərbaycanım” beynəlxalq jurnalının ötən illər ərzində fəaliyyətini əks etdirən fotostendlə tanış olub, jurnalın kollektivinə fəaliyyətlərində yeni uğurlar arzulayıb.

Daha sonra ənənəvi olaraq Albaniyanın sabiq Prezidenti İlir Meta “Azərbaycanım” beynəlxalq jurnalının redaksiyasının 2024-cü ildə qonağı kimi jurnalın “Fəxri Xatirə kitabı”na ürək sözlərini yazıb, görüşdə “Azərbaycanım” beynəlxalq jurnalının kollektivi ilə birgə foto çəkdirib.

"AZERTAC"

# 939 dəfə oxunub

Oxşar xəbərlər

Əfsanəvi ifaçı karyerasını sonlandırdı

Əfsanəvi ifaçı karyerasını sonlandırdı

16:44 27 noyabr 2024
"İslamın ilahi bir din olduğunu tamamilə rədd etmişdim..." -  O niyə İslamdan imtina etmişdi?

"İslamın ilahi bir din olduğunu tamamilə rədd etmişdim..." - O niyə İslamdan imtina etmişdi?

16:25 27 noyabr 2024
Deputat:  "Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır"

Deputat: "Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır"

16:24 27 noyabr 2024
Azərbaycanlı alim beynəlxalq konfransda Qulu Ağsəsin şeirlərindən bəhs edib

Azərbaycanlı alim beynəlxalq konfransda Qulu Ağsəsin şeirlərindən bəhs edib

16:10 27 noyabr 2024
Sinə açılır, üz gərilir, dodaqlar şişir... - Müğənnilərimizdə nə baş verir?

Sinə açılır, üz gərilir, dodaqlar şişir... - Müğənnilərimizdə nə baş verir?

15:00 27 noyabr 2024
Xərçəngdən əziyyət çəkən Vaynşteyn onları məhkəməyə verir

Xərçəngdən əziyyət çəkən Vaynşteyn onları məhkəməyə verir

13:32 27 noyabr 2024
#
#
# # #