AKİ premyeralar mövsümünə başlayır

AKİ  premyeralar mövsümünə başlayır
29 sentyabr 2023
# 15:18

Azərbaycan Kinematoqrafçılar İttifaqının əsas prioritet məsələlərindən biri də peşəkar tamaşaçı kütləsi formalaşdırmaqdır. Davamlı nümayiş və müzakirələrin ana məqsədi məhz budur. İttifaq hər il yerli, eyni zamanda, xarici filmləri də yerli tamaşaçılar üçün əlçatan edir.

Kulis.az xəbər verir ki, bu il Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 və Azərbaycan Kinematoqrafçılar İttifaqının 60 illik yubileyi münasibətilə, AKİ klassik filmlərə də xüsusi yer ayırıb. Arif Babayevin “Gün keçdi”, Andrey Tarkovskinin “Güzgü”, Oktay Mir-Qasımın “Günaydın, mələyim”, Nikita Mixalkovun “Şahidsiz” və daha başqa filmlərin nümayişi təşkil edildi. Bu ənənəni davam etdirən AKİ payızda yeni filmlərin nümayişini təşkil edir.

Oktyabr ayında (10-11-12-17-24-31) “Visla” Polşa Film Festivalı ilə Polşa film günlərinə start veriləcək və proqram çərçivəsində 6 tammetrajlı yeni bədii film nümayiş olunacaq.

Noyabr ayında (7-14-21-28) İsveç səfirliyi ilə əməkdaşlıq çərçivəsində 4 tammetrajlı bədii film nümayiş olunacaq. Sənədli film həvəskarlarını da bu payız unutmadıq və dekabr ayında (5-12-19) “CineDoc” beynəlxalq sənədli film festivalı ilə əməkdaşlıq çərçivəsində 3 gürcü tammetrajlı sənədli filmləri nümayiş olunacaq. Bunlarla yanaşı “Azərbaycanfilm” studiyasının 100 illik yubileyi çərçivəsində “Yeddi oğul istərəm”, “İnsan məskən salır” filmlərinin nümayişi planlanır.

Qeyd edək ki nümayişlər “Azərbaycan” CinemaPlus-da baş tutacaq, giriş sərbəstdir.

# 2688 dəfə oxunub

Oxşar xəbərlər

"Bədxahlarım məni yad ünsür adlandırmışdır..." - Muxtar Əfəndi  Üzeyir Hacıbəyliyə  yazdığı ərizədə nəyi rica edirdi?

"Bədxahlarım məni yad ünsür adlandırmışdır..." - Muxtar Əfəndi Üzeyir Hacıbəyliyə yazdığı ərizədə nəyi rica edirdi?

10:30 18 oktyabr 2026
18 oktyabr - Müstəqillyin Bərpası Günüdür

18 oktyabr - Müstəqillyin Bərpası Günüdür

10:00 18 oktyabr 2026
Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı

Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı

14:50 17 oktyabr 2026
"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə

"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə

14:15 17 oktyabr 2026
İnsanda özünəinam yaradan yeganə şey... - Özümü kimin gözü ilə görürəm?

İnsanda özünəinam yaradan yeganə şey... - Özümü kimin gözü ilə görürəm?

13:30 17 oktyabr 2026
Pompei Arxeoloji Parkının pişikləri haqqında yeni foto-kitab

Pompei Arxeoloji Parkının pişikləri haqqında yeni foto-kitab

13:00 17 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər