AKİ gənc rejissorlar üçün sənədli film təlimləri təşkil edir

AKİ gənc rejissorlar üçün sənədli film təlimləri təşkil edir
8 aprel 2025
# 13:30

Azərbaycan Kinematoqrafiya İttifaqı (AKİ) gənc rejissorlar üçün AKIDOCS – Sənədli Filmin İnkişafı və Piçinq layihəsi həyata keçirir.

Kulis.az xəbər verir ki, layihənin gerçəkləşdirilməsindən əsas məqsəd beynəlxalq platformalarda rəqabətədavamlı sənədli film layihələri hazırlamaq və azərbaycanlı müəlliflərin bu sahədə uğur qazanmasına dəstək verməkdir.

Təlimin əsas məşqçisi sənədli kino sahəsində böyük təcrübəyə malik danimarkalı mütəxəssis Tue Steen Müller olacaq.

O, 20 ildən artıq Danimarka Kino Şurasında qısametrajlı və sənədli filmlər üzərində çalışıb, həmçinin bir çox beynəlxalq kino dərgilərində yazılarla çıxış edib.

50 illik sənədli kino təcrübəsinə malik olan mütəxəssis bu günədək 40-dan çox ölkədə təlim və seminarlar keçirib. 2007-ci ildən isə İtaliyadakı Zeliq Sənədli Filmlər Məktəbində müəllim kimi fəaliyyət göstərir. O, Avropa sənədli kinosunda layihələrin inkişafı üzrə tanınmış simalardan biridir.

Qeyd edək ki, layihəni təqdim edən komandanın ən azı bir üzvü ingilis dilini bilməlidir.

# 1578 dəfə oxunub

Oxşar xəbərlər

“İpək Yolları Gənclərin Gözü ilə”  beynəlxalq foto müsabiqəsinə başlanıldı

“İpək Yolları Gənclərin Gözü ilə” beynəlxalq foto müsabiqəsinə başlanıldı

17:00 27 may 2026
Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olundu

Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olundu

16:30 27 may 2026
"Qladitator"un ulduzundan pərəstişkarlarına sərt xəbərdarlıq: "Kim özünü axmaq kimi aparsa..."

"Qladitator"un ulduzundan pərəstişkarlarına sərt xəbərdarlıq: "Kim özünü axmaq kimi aparsa..."

16:00 27 may 2026
Metyu Perrinin ölüm işində şok detallar - Köməkçisi sübutları belə məhv edib

Metyu Perrinin ölüm işində şok detallar - Köməkçisi sübutları belə məhv edib

15:30 27 may 2026
Məşhur aktyora qarşı zorakılıq ittihamı

Məşhur aktyora qarşı zorakılıq ittihamı

13:40 27 may 2026
Əlimərdan bəy Topçubaşovun məzarı ziyarət edildi

Əlimərdan bəy Topçubaşovun məzarı ziyarət edildi

11:30 27 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər