Akademik Musiqili Teatrda caz-tamaşanın premyerası oldu

Akademik Musiqili Teatrda caz-tamaşanın premyerası oldu
23 iyun 2022
# 15:40

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya ədəbiyyatının görkəmli nümayəndəsi Aleksandr Ostrovskinin “Cehizsiz qız” pyesi əsasında hazırlanan "Lara Martin's Jazz Club" caz-tamaşasının premyerası uğurla təqdim olunub.

Kulis.az xəbər verir ki, bir sıra rəsmi qonaqların, ölkənin tanınmış teatr xadimlərinin, incəsənət adamlarının qatıldığı premyera anşlaqla keçib.

Fərqli üslubu və maraqlı səhnə tərtibatı ilə seçilən 4D formatlı tamaşa Azərbaycan teatr məkanında bir ilkdir.

Teatrın rus bölməsində ərsəyə gələn əsərin quruluşçu rejissoru İradə Gözəlova, layihənin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.​

Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, musiqi tərtibatçıları Əməkdar artist, Prezident mükafatçısı Nərgiz Kərimova və adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılan Nərminə İsmayılova, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Tamilla Aslanovadır.

"Lara Martin's Jazz Club"da baş rolun ifaçısı Əməkdar artist Nərgiz Kərimova və səhnə əsərinin digər iştirakçıları olan Əməkdar artistlər Fərid Əliyev, Nahidə Orucova, aktyorlar​ Əliməmməd Novruzov, Rauf Babayev, Emil Heydərov, piano ifaçısı Nərminə İsmayılova və "DJ Maqa" – Məhəmməd Məmmədov onlara həvalə edilən rolların öhdəsindən böyük məharətlə gəliblər.

Tamaşada aktyorların canlı ifalarında məşhur caz kompozisiyalarından nümunələr, eyni zamanda teatrın balet artistlərinin iştirakı ilə müxtəlif və rəngarəng müasir rəqslər təqdim olunub.

​Səhnəni daha yaxın məsafədən izləyən və hətta özlərini "Lara Martin's Jazz Club" tamaşasının iştirakçısı kimi hiss edən cazsevərlər aktyorların peşəkar ifasını böyük coşqu və sürəkli alqışlarla qarşılayıb, xoş təəssuratlarını bildiriblər.

Qeyd edək ki, caz həvəskarlarının xahişi ilə bu tamaşa iyul ayının 3-ü və 15-də yenə də nümayiş olunacaq.

Biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən və “İticket.az” saytından əldə etmək olar. Yerlər məhduddur.

# 2179 dəfə oxunub

Oxşar xəbərlər

“Yatmış gözəl”  nağılının filmi çəkiləcək

“Yatmış gözəl” nağılının filmi çəkiləcək

13:30 29 sentyabr 2026
ADA Universitetində şanlı zəfər tariximiz “Zəfər Rəqsi” filminin nümayişi ilə anıldı

ADA Universitetində şanlı zəfər tariximiz “Zəfər Rəqsi” filminin nümayişi ilə anıldı

13:15 29 sentyabr 2026
Türkiyədə İstanbul Saat Festivalı  keçiriləcək

Türkiyədə İstanbul Saat Festivalı keçiriləcək

13:00 29 sentyabr 2026
Xalq artisti Fəxrəddin Dadaşov:  "Alim Qasımov indi özü üçün dilxoşluq edir..." - Müsahibə

Xalq artisti Fəxrəddin Dadaşov: "Alim Qasımov indi özü üçün dilxoşluq edir..." - Müsahibə

12:40 29 sentyabr 2026
Məşhur serial ekranlara qayıdır – Tommi Şelbi olmayacaq?

Məşhur serial ekranlara qayıdır – Tommi Şelbi olmayacaq?

12:30 29 sentyabr 2026
Yeni il gecəsi evində təkbaşına ölən dahi – O, niyə hamıdan üz döndərmişdi?

Yeni il gecəsi evində təkbaşına ölən dahi – O, niyə hamıdan üz döndərmişdi?

12:00 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər