Zəlimxan Yaqubun yeni kitabı nəşr edildi

Zəlimxan Yaqubun yeni kitabı nəşr edildi
30 noyabr 2020
# 16:23

Azərbaycan poeziyasında özünəməxsus yeri olan və həmişə öz dəst-xətti ilə seçilən, artıq beş ildir həyatda olmasa da, əziz xatirəsi oxucularının, bütün zəlimxansevərlərin qəlbində daim yaşayan Xalq şairi Zəlimxan Yaqubun yeni kitabı işıq üzü görüb.

“Ölüm də bir zarafatdı” adlanan nəfis tərtibatlı kitabı nəşrə hazırlayan və redaktoru Zəlimxan Yaqub irsinin araşdırıcısı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

Yeni nəşr haqqında danışan Musa Nəbioğlu bildirib ki, qüdrətli söz ustadı Zəlimxan Yaqubun kitablarına hər zaman geniş oxucu kütləsinin böyük tələbatı var: “Bu il Z.Yaqubun yubiley ildir – 70 yaşı tamam oldu. Ölkəmizdə koronavirusla əlaqədar kütləvi yubiley tədbirləri keçirilməsi mümkün olmasa da, ölməz şairin xatirəsini əsərlərindən seçmələrdən ibarət kitabla yad edib, sadiq oxucularına yeni poeziya buketi təqdim etməyi qərara aldıq. Şairin daha bir neçə kitabının nəşr edilməsi də nəzərdə tutulur”./azertag.az/

# 2510 dəfə oxunub

Oxşar xəbərlər

"Məsuliyyətini daşıya biləcəyin fikrin adamı ol"  - Ahmet Hamdi Tanpınardan sitatlar

"Məsuliyyətini daşıya biləcəyin fikrin adamı ol" - Ahmet Hamdi Tanpınardan sitatlar

18:17 23 iyun 2026
"Həyat cəhənnəmdir, amma ölüm daha betərdir..." - Amerikalı şairdən aforizmlər

"Həyat cəhənnəmdir, amma ölüm daha betərdir..." - Amerikalı şairdən aforizmlər

17:30 23 iyun 2026
Parisdə məşhur qrupun konserti yarımçıq qaldı: Şəhərdə işıqlar söndü

Parisdə məşhur qrupun konserti yarımçıq qaldı: Şəhərdə işıqlar söndü

16:30 23 iyun 2026
Selin Diondan yeni fransızdilli mahnı

Selin Diondan yeni fransızdilli mahnı

16:10 23 iyun 2026
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada

Azərbaycan və Türkmənistan prezidentləri Şuşada

15:15 23 iyun 2026
Tanınmış rejissorun 65 illiyi qeyd edildi

Tanınmış rejissorun 65 illiyi qeyd edildi

14:20 23 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər