Yaradıcılıq müsabiqəsinə start verildi

Yaradıcılıq müsabiqəsinə start verildi
10 aprel 2020
# 17:01

Bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirus (COVID-19) pandemiyası bütün sahələrə öz təsirini göstərib.

Bu səbəbdən bir çox təhsil və mədəniyyət müəssisələri, eləcə də digər təşkilatlar öz fəaliyyətlərini “online” şəkildə təşkil etməyə başlayıblar. Nəticə olaraq, “online” resurslara olan ehtiyac günbəgün artır və bu da öz növbəsində daha müasir, çevik, yüksək keyfiyyətli texnoloji həllərin yaranmasına səbəb olur.

Bunu əsas götürərək Azərbaycanda mədəniyyət və yaradıcılıq sahələrində yeni ideyaları və yanaşmaları dəstəkləmək məqsədilə Mədəniyyət Nazirliyi və “Kreativ Azərbaycan” portalı “Mədəniyyət və yaradıcılıq sahəsində rəqəmsal həllər” adlı startap müsabiqəyə start verib.

Mədəniyyət Nazirliyindən Kulis.az-a bildirilib ki, müsabiqə çərçivəsində istənilən şəxs öz layihəsini “Kreativ Azərbaycan” portalının elektron poçt ünvanına ([email protected]) göndərə bilər. Layihənin təsviri forması sərbəstdir. İşlərin qəbulu mayın 15-dək davam edəcək. Ümumi fondu 10 min AZN olan müsabiqədə birinci yerin qalibinə 5 min, ikinci yerin qalibinə 3 min, üçüncü yerin qalibinə isə 2 min manat pul mükafatı veriləcək.

Qaliblərin mayın 31-dən etibarən müəyyənləşdirilməsi nəzərdə tutulur.

# 2856 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər