Xalq artistinin prodüserindən Rəqsanəyə cavab gəldi: “Ayıb olsun!”

Xalq artistinin prodüserindən Rəqsanəyə cavab gəldi: “Ayıb olsun!”
13 aprel 2020
# 13:24

Müğənni Rəqsanə İsmayılovanın Xalq artisti Tünzalə Ağayeva haqqında səsləndirdiyi ittihamı sənətçinin prodüseri Yalçın Cabbarov cavabsız qoymadı.

Kulis.az-a açıqlama verən Y.Cabbarov Rəqsanə İsmayılovanın səsləndirdiyi iddiaların əsassız olduğunu bildirib: “Açığı bu barədə açıqlama verməyi Tünzalə xanıma sığşdırmadım. Əvvəlcə onu deyim ki, bu iddia ilə çıxış edən xanım kimin hansı işlə məşğul olmasından xəbəri belə yoxdur. Özü kimlərəsə yardım edir, xeyriyyə işləri görürsə, Allah qəbul etsin. Öz vətəndaşları, xalqı üçün edir bunu. O, qadının başqalarını ittiham etməsinə, bu siyahıda xüsusilə Tünzalə xanımın adını hallandırmasına gəlincə, onu deyə bilərəm ki, çıxışı sonuna qədər haqısız çıxışdır. Tünzalə xanım təkcə bu günlərdə deyil, hər zaman ona kömək üçün müraciət edən insanlara imkan daxilində əl tutmağa çalışıb. Ancaq bunu heç vaxt ictimailəşdirmək haqqında düşünməyib. Amma mən Tünzalə xanımın prodüseri olaraq özümə borc bildim ki, onun haqqında belə əsassız iddialar yayılırsa, mütləq lazımlı cavabı verməliyəm. Çünki o siyahılar, hansı ünvanlara yardım göndərilib mənim əlimdədir. Kömək istəyənlərdən birinci mənə zəng gəlir və Allahın köməkliyi ilə mən vasitəçi oluram. Bacardığımız qədər insanlara kömək etməyə çalışırıq.”

Yalçın Cabbarov Xalq artistinin şokolad biznesindən gələn gəlirin bu ay ərzində ancaq xeyriyyə işlərinə sərf olunduğunu da diqqətə çatdırıb: “Rəqsanə İsmayılovaya çox maraqlıdırsa deyim ki, bəli, Tünzalə xanımın binzesindən gələn gəlir bu ay yalnız xeyriyyə işlərinə xərclənib. Tünzalə xanım hər zaman həm sosial, həm ictimai aktivliyi ilə seçilən sənətçilərdəndir. Ona görə də hər ağzına gələni danışan insanlara reksiya verməyəcək. O, hər zaman qalmaqallardan kənar, yalnız sənəti ilə məşğul olan sənətçidir. Hər birimizin borcumuz əvvəl Allah, sonra Vətən qarşısındadır. Başqa heç kimə hesabat vermək kimi bir məcburiyyətimiz yoxdur. İndiki çətin vəziyyətdə kiməsə böhtan atmaq, yalan iddialar səsləndirmək gərəksiz və bir az da bekarçılıqdan doğan hərəkətdir. Mən fikrimi ən mədəni formada yekunlaşdırmaq istəyirəm. Sadəcə olaraq, ayıb olsun deyirəm. Fürsətdən istifadə edib sizin sayt vasiəsiylə bir çox müğənni dostlarımıza göstərdikləri dəstəyə görə xüsusi təşəkkürümüzü bildirmək istəyirəm. Onlar gedib həmin şokolad mağazalarından şokolad alıblar ki, bu biznes dayanmasın.”

Xatırladaq ki, Rəqsanə həmkarını, o cümlədər Tünzalə Ağayevanı xalqa kömək etməməkdə günahlandırmışdı:

"Xalq artisti adını sizə niyə görə veriblər? Bu xalqın sevimlisi olduğuna görə. Xalq artisti adını alanlar, köməklik edin. Bu günlərdə həmrəy olun. Evdə oturub, şokolad mağazası açmaqla deyil. Əziz Tünzalə xanım, şokolad mağazası açmısan, halal xoşun olsun. Mən sənin sənətini də, özünü də çox istəyirəm. Müğənnilərin evlərinə şokolad paylayıb, reklam etməkdənsə, səni Xalq artisti adına layiq görən bu millətin evinə payla, qoy kiminsə balasının ağzı şirin olsun. Müğənni onsuz da hər gün şokolad yeyir, onların şokolada ehtiyacı var? Bağlatdır 10 qutu, göndər 10 nəfər yetimin evinə. Sizin onsuz da yetərincə reklamınız var".

# 20529 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər