Xalq artisti kasıblara kömək etdi

Xalq artisti kasıblara kömək etdi
22 aprel 2020
# 10:30

Xalq artisti Mənsum İbrahimov yetirməsi Əməkdar artist Təyyar Bayramovla birgə Ağdamın cəbhəyanı kəndlərində yaşayan 150 aztəminatlı ailəyə ərzaq yarımı edib.

Bu barədə məlumat verən Mənsum İbrahimov dünyada, o cümlədən ölkəmizdə yayılmış koronavirus pandemiyası səbəbindən hər kəsi dövlətimizin başçısının çağırışlarına dəstək olmağa dəvət edib. Bu gün hər kəsin dövlətin qayğısını hiss etdiyini söyləyən sənətkar deyib ki, Azərbaycan Prezidentinin aztəminatlı ailələrə yardımlar göstərilməsi ilə bağlı gördüyü işlər göz qabağındadır. Bu çətin günlərdə reallaşdırılan layihələr, həyata keçirilən tədbirlər, xüsusilə də işsiz insanlar üçün nəzərdə tutulan birdəfəlik ödəmələr bir daha göstərdi ki, Prezidentimiz hər bir Azərbaycan vətəndaşını düşünür və gücə-gündüz bu istiqamətdə təxirəsalınmaz işlər görür.

“Biz bu işdə dövlətimizə kömək etməliyik ki, dünyanı bürüyən bu bəladan üzüağ çıxaq. Pandemiyanın qarşısını almaq üçün tətbiq olunan karantin rejimi zamanı bu məsələyə xüsusi diqqət yetirmək lazımdır. Bu günlərdə hər kəs bacardığı yaxşılığı edir, insanlıq nümunələri göstərir. Allaha şükür ki, xalqımız hər zaman əl tutmağı bacarır, hər kəs bacardığı qədər yardım göstərir. Biz bir daha birlikdə güclü olduğumuzu nümayiş etdirdik”.

Xalq artisti bu işdə ona dəstək verən hər kəsə minnətdarlığını bildirib.

# 3618 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, birbaşa dövlətə xəyanətdir" - Zvyaqintsevə qarşı sərt ittiham

"Bu, birbaşa dövlətə xəyanətdir" - Zvyaqintsevə qarşı sərt ittiham

12:30 26 may 2026
100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

12:00 26 may 2026
Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi

Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi

11:53 26 may 2026
Stiven Kinq və Haruki Murakami qadağada: Rusiyada minlərlə kitab "qara siyahı"ya salındı

Stiven Kinq və Haruki Murakami qadağada: Rusiyada minlərlə kitab "qara siyahı"ya salındı

11:30 26 may 2026
Xalq yazıçısının atasını niyə zəhərləyib öldürdülər?

Xalq yazıçısının atasını niyə zəhərləyib öldürdülər?

11:00 26 may 2026
Məşhur caz musiqiçisi Sonni Rollins vəfat etdi

Məşhur caz musiqiçisi Sonni Rollins vəfat etdi

10:18 26 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər