Vətən müharibəsi şəhidinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirildi

Vətən müharibəsi şəhidinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirildi
12 avqust 2021
# 17:53

Xəzər Rayon İcra Hakimiyyətin təşkilatçılığı ilə Vətən müharibəsi Şəhidi Cabbarov Şahgündüz Habil oğluna həsr olunmuş “Gözləyin dağlar, gəlirəm” adlı kitabın təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, 12 avqust 2021-ci il tarixdə Mərdəkan Mədəniyyət Sarayının qarşısında, açıq havada keçirilib.

Tədbir başlamazdan öncə qonaqlar Xəzər rayonunun gənc rəssamları tərəfindən çəkilən “Şəhid Şahgündüz Cabbarov gənc rəssamların gözü ilə” adlı rəsmlərin sərgisi və şəhidimizə həsr olunan guşə ilə tanış olublar.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra aparıcı Arif Buzovnalı tədbiri açıq elan edərək, ilk olaraq sözü Xəzər Rayon İcra hakimiyyətinin başçısı Elşən Salahova verib.

E. Salahov çıxış edərək, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında zəfər çaldığımız vətən müharibəsində şəhid və döyüşçülərimizin şücaətindən danışıb. E. Salahov bildirib ki, bu gün hər birimizin fəxr etdiyi zəfər 44 günlük müharibədə zamanı verilən düzgün hərbi-siyasi qərarlar və şəhidlərimizin qanı bahasına qazanılıb.

Daha sonra Milli Məclisin deputatı Soltan Məmmədov, Mahir Abbaszadə, Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini Aynurə Həsənova və digər natiqlər çıxış edərək, zəfər gününə qədər Qarabağda və arxa cəbhədə gedən proseslərdən, xalqımızın yumruq kimi birləşərək ordunun arxasında durmasından danışıblar. Natiqlər qeyd edib ki, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi onların müqəddəs ruhları qarşısındakı borcumuzdur.

Sonra Kitabın redaktoru, “Laçın yurdu” jurnalının baş redaktoru – Arif Məmmədli kitabın ərsəyə gəlməsindən söz açıb.

Daha sonra söz, şəhid Cabbarov Şahgündüzün atası Habil Cabbarova verilib. H. Cabbarov kitabın hazırlanmasında, işıq üzü görməsində və təqdimat mərasiminin keçirilməsində zəhməti olan hər kəsə ailəsi adından minnətdarlıq edib.

Sonda gənc rəssamlar tərəfindən çəkilən rəsm əsərləri şəhidin ailə üzvlərinə təqdim olunub. Mədəniyyət Sarayının qarşısında xatirə şəkli çəkilib.

# 3173 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər