VII Bakı Beynəlxalq Kitab Yarmarkası keçiriləcək

VII Bakı Beynəlxalq Kitab Yarmarkası keçiriləcək
11 avqust 2021
# 17:49

Sentyabrın 22-dən 26-dək Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası (“Baku International Book Fair 2021”) keçiriləcək.

Sərgi dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq.

Sərginin təşkilində məqsəd kitab və mütaliəni təbliğ etmək və populyarlaşdırmaq, ziyarətçiləri həm Azərbaycan, həm də xarici nəşriyyatların çap məhsulları ilə tanış etmək, nəşriyyat işinə dəstək vermək, nəşriyyatları potensial əməkdaşlıq üçün kitab mağazaları ilə tanış etmək, eləcə də rəqəmsal dövrdə kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsini təmin etməkdir.

Sərgidə nəşriyyatlar, mətbəələr, kitab mağazaları və mədəniyyət mərkəzləri təqdim olunacaq. Həmçinin sərgidə ayrı-ayrı ölkələrdən 200-ə yaxın şirkətin iştirak edəcəyi gözlənilir.

“Baku International Book Fair 2021” kitab sərgisi şirkətlərin çap məhsullarını nümayiş etdirmək və satmaq, habelə yerli və xarici nəşriyyatlar, müəlliflər, eləcə də milli nəşriyyat və poliqrafiya şirkətləri ilə danışıqlar aparmaq və müqavilələr imzalamaq üçün unikal fürsətdir.

Sərginin keçiriləcəyi 5 gün ərzində iştirakçıları və ziyarətçiləri əlavə tədbirlərdən ibarət maraqlı proqramlar gözləyir.

Sərginin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyidir, təşkilati dəstəyi isə “Caspian Event Organisers” (“CEO”) şirkəti həyata keçirir. Sərgi-yarmarka iştirakçıları təşkilatçılar tərəfindən 6 kvadratmetrə qədər ekspozisiya sahəsi və lazımi avadanlıqlarla təmin ediləcək.

“Baku International Book Fair 2021” sərgisində iştirak etmək və daha ətraflı məlumat almaq üçün sərgi təşkilatçıları ilə əlaqə saxlaya bilərsiniz: +994124041000, [email protected] .

# 2762 dəfə oxunub

Oxşar xəbərlər

Fransız akademizmi ilə  yapon ruhunun  sintezi - “Ark-la-Batay mənzərəsi”nin pərdəarxası məqamları

Fransız akademizmi ilə yapon ruhunun sintezi - “Ark-la-Batay mənzərəsi”nin pərdəarxası məqamları

17:30 4 avqust 2026
Türk kinosunda realizmin banisi  – Metin Erksanın 3 məşhur filmi

Türk kinosunda realizmin banisi – Metin Erksanın 3 məşhur filmi

16:50 4 avqust 2026
"Biz yalnız özümüzü eşidirik..."  - Alman filosofdan sitatlar

"Biz yalnız özümüzü eşidirik..." - Alman filosofdan sitatlar

16:20 4 avqust 2026
“Star Wars” anime ilə ekranlara qayıdır

“Star Wars” anime ilə ekranlara qayıdır

15:20 4 avqust 2026
Təhsilimizdə sabitlik ehtiyacı - İslahatlar, yoxsa bitməyən çılğın eksperimentlər?

Təhsilimizdə sabitlik ehtiyacı - İslahatlar, yoxsa bitməyən çılğın eksperimentlər?

14:00 4 avqust 2026
Tanınmış  aktrisa vəfat etdi – Səbəb

Tanınmış aktrisa vəfat etdi – Səbəb

13:40 4 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər