Uşaqlar üçün tamaşa onlayn nümayiş ediləcək

Uşaqlar üçün tamaşa onlayn nümayiş ediləcək
18 noyabr 2020
# 13:26

Noyabrın 21-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün sosial şəbəkəsində məşhur Fransa yazıçısı Ş.Perronun nağılının motivləri əsasında hazırlanan "Sehrbaz qadın" tamaşasını nümayiş etdirəcək.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Cahangir Zülfüqarovdur.

Təkəbbürlü dul bir qadın iki qızından birini meşəyə su dalınca göndərir. Meşədə bir sehrbaz qarı qıza yaxınlaşıb ondan su istəyir. Mehriban qız ona su verdikdən sonra qarı qızın bu xeyirxah əməlinin əvəzinə ona sehrinin gücü ilə yaxşılıq edir. Bundan sonra qız hər dəfə danışanda ağzından gül və bahalı daş-qaşlar tökülməyə başlayır. Anası bunu görüb, dərhal o biri qızını da meşəyə göndərir. Bu dəfə meşədə həmin sehrbaz qızın qarşısına şahzadə qiyafəsində çıxır və yaxınlaşıb ondan su istəyir. Təkəbbürlü xarakteri ilə anasına oxşayan bu qız şahzadəyə su vermir. Şahzadə isə onu pis əməlinə görə sehrləyir. Bundan sonra qız hər dəfə danışanda ağzından ilan və qurbağalar tökülür. Bunu görən ana kiçik qızını evdən qovur. Qız meşəyə gəlir və bir ağacın altında oturub ağlamağa başlayır. Bu zaman zadəgan ailəsindən olan bir cavan oğlan qızı görür və bir könüldən min könülə ona vurulur. Qızı götürüb özü ilə saraya gətirir və ona evlənmək təklif edir…

Qeyd edək ki, tamaşa teatrın “YouTube” kanalından saat 12.00-da yayımlanacaq.

# 1671 dəfə oxunub

Oxşar xəbərlər

Əməkdar incəsənət xadimi vəfat etdi

Əməkdar incəsənət xadimi vəfat etdi

09:14 24 fevral 2025
Şair Həsən Kürün vəziyyəti açıqlandı

Şair Həsən Kürün vəziyyəti açıqlandı

22:43 23 fevral 2025
Ermənistanın futbol klubuna qaçan "neftçili" - Banişevski və itirilmiş yaddaş

Ermənistanın futbol klubuna qaçan "neftçili" - Banişevski və itirilmiş yaddaş

12:00 23 fevral 2025
Bakıda kütləvi hipnoz terapiyaları keçirilirmiş - APA TV

Bakıda kütləvi hipnoz terapiyaları keçirilirmiş - APA TV

22:47 22 fevral 2025
Gənc şair Həsən Kür intihara cəhd etdi - Foto

Gənc şair Həsən Kür intihara cəhd etdi - Foto

21:03 22 fevral 2025
Mətbəə 60 ildən sonra muzeyə çevrildi

Mətbəə 60 ildən sonra muzeyə çevrildi

14:22 22 fevral 2025
#
#
# # #