Ukrayna Milli Kitabxanasında Azərbaycan guşəsi açılacaq

Ukrayna Milli Kitabxanasında Azərbaycan guşəsi açılacaq
27 noyabr 2020
# 18:31

Ukrayna Milli Kitabxanasında Azərbaycana dair guşə açılacaq.

Kulis.az xəbər verir ki, bu məlumatı Ukraynanın Azərbaycandakı səfirinin müşaviri Sergiy Xabenko və mədəni-humanitar məsələlər üzrə 1-ci katibi Georgiy Selskiy noyabrın 27-də Azərbaycan Milli Kitabxanasında olduğu zaman bildiriblər.

Qonaqlar eyni zamanda, Milli Kitabxananın fəaliyyəti, təcrübəsi ilə yaxından tanış olmaq istəklərini bildiriblər. Söhbət əsnasında Azərbaycan Milli Kitabxanasının onlayn fəaliyyətini yüksək qiymətləndirən səfirin müşaviri dəfələrlə kitabxananın elektron kataloq və elektron kitabxanasından, sənədlərin sifarişi və elektron çatdırılması bölməsindən istifadə etdiyini və Milli Kitabxananın operativ onlayn xidmətlərinin səviyyəsindən çox məmnun qaldığını söyləyib.

Sonra onlar gələcək əməkdaşlıq barədə fikirlərini paylaşaraq iki ölkə arasında mədəniyyət, o cümlədən kitabxana işi sahəsində əməkdaşlığı inkişaf etdirmək, birgə layihə və tədbirlər keçirməyi planlaşdırıblar.

Daha sonra, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqlara Milli Kitabxana haqqında məlumat verərək, yeni layihələrdən, kitabxananın beynəlxalq əlaqələrindən söz açıb, o cümlədən Ukrayna Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlığa dair ikitərəfli müqavilənin olmasını və informasiya, təcrübə, kitab mübadiləsinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

Həmçinin Kərim Tahirov Milli Kitabxananın Beynəlxalq əməkdaşlıq zalında açılmış daimi Ukrayna guşəsi barədə qonaqlara məlumat verib. İki ölkə arasında beynəlxalq kitab mübadiləsinin və beynəlxalq əməkdaşlığın davamlı olmasını bildirərək tezliklə Ukrayna Milli Kitabxanasında da Azərbaycana dair guşənin açılacağından danışıb.

Kərim Tahirov müşavirə Milli Kitabxanaya hədiyyə etdiyi kitablara görə minnətdarlığını bildirib və öz növbəsində ona ölkəmizlə bağlı nəşrlər hədiyyə edib.

Qonaqlar Milli Kitabxananın beynəlxalq əməkdaşlıq zalı ilə də tanış olublar.

# 3080 dəfə oxunub

Oxşar xəbərlər

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

16:36 11 iyul 2026
Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

14:28 11 iyul 2026
Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

14:00 11 iyul 2026
Məşhur aktyor zorlama ittihamından bəraət aldı

Məşhur aktyor zorlama ittihamından bəraət aldı

12:43 11 iyul 2026
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

12:00 11 iyul 2026
Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

11:00 11 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər