Türkiyədə Nəsiminin 650 illiyi qeyd olunub

Türkiyədə Nəsiminin 650 illiyi qeyd olunub
25 dekabr 2019
# 17:51

Türkiyənin Qars şəhərindəki Baş konsulluğumuz buradakı Qafqaz Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrası ilə birgə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə “Məndə sığar iki cahan” mövzulu tədbir keçirib.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, hər iki ölkənin ərazi bütövlüyü və müstəqilliyə uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əvvəlcə Azərbaycan əsilli, tanınmış musiqiçi Sami Yusufun Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırladığı musiqi kompozisiya nümayiş olunub.

Tədbirdə baş konsul Nuru Quliyevin, Qafqaz Universitetinin dosenti Çulpan Çetinin və universitetin müəlliməsi Könül Quliyevanın çıxışları dinlənilib. Çıxışlarda İmadəddin Nəsimi şəxsiyyətinin bütövlüyündən və bənzərsiz yaradıcılıq üslubundan bəhs edilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu il Azərbaycanda “Nəsimi ili” kimi qeyd olunur. Tarixdə ilk dəfədir ki, Nəsiminin həyat və yaradıcılığı dünya ictimaiyyətinə bu qədər geniş və əhatəli şəkildə çatdırılır. Müxtəlif dillərdə kitabları nəşr olunur, rəngarəng tədbirlər, mərasim və konfranslar keçirilir.

Sonda Qafqaz Universitetinin tələbələri İmadəddin Nəsiminin şeir və qəzəllərini söyləyiblər. /azertag.az/

# 3690 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər