Toylarda oxunan "ana-bajı" şeirləri

Toylarda oxunan "ana-bajı" şeirləri
30 dekabr 2019
# 18:51

Kulis.az Ruzbeh Məmmədin "Bayağı mahnılar" yazısını təqdim edir.

Haqverdiyev demiş, danışacağım hekayətə başlamazdan əvvəl bir az özümdən keyfiyyət edim. Bilənlər bilir, mənim necə zəhləm gedir o mənasız və ucuzdan yüngül sözlərə yazılmış mahnıları oxuyanlardan...

Nə bilim, bircə onu bilirəm ki, hələ də məktəblərdə öyrədirlər ki, sən hara çatdın ölkənin tarixinin qədim, coğrafiyasının gözəl, ekologiyasının təmiz, mətbəxinin gözəl olması haqqında belə ağız dolusu danışasan. Bu, sanki o mənaya gəlir ki, xarici ölkələrdə belə möcüzə yoxdur. Məşhur filmdə deyildiyi kimi, axı niyə bizdə o əjdahadan yoxdur? Ölkəmizi pisləmək anlamına gəlməsin, əxz buyuracağım fikir başqadı.

Deməli, nəyə görəsə Azərbaycanda hələ bir çox sahələr inkişaf etmir. Məsələn, hələ də ədəbiyyatımızda sazlı şeirlər öz müqəddəratını qoruyub saxlaya bilir. O ki, toylarda mikrofonu əlinə alıb "ana-bajı", "dədə" şeiri demədinsə, nə şairsən? Və ya elə şeirlər yazmadınsa, özünü gərək asasan. Asmasan da olar, əsas odur, toylara getməyəsən.

Bu minvalla elə mahnılarımız da belədir. Mahnı məsələsinə 2256 dəfə qayıtmışam. Bilirəm, üzümə vurmağa nə hacət? Amma nə etməli, bu gün türklər demiş piyasada ən yüngül, ən mənasız sözlər satılır. Mahnı bazarında Murad Arifin yazdığı sözlər, Ramalın, Rəhim Rəhimlinin yazdıqları şedevrdir. Hələ çıxıb Tolikin də efir vaxtında deyirlər ki, mahnımızın sözləri Rəhim Rəhimlinin... Adam qəşş eləyib gülmək yox, ölmək istəyir.

Hey, dəliqanlılar, bunca fikirlər sizi apardı saldı qəm dəryasına. Amma nigaran olmayın, xudpəsənd fikirlərə qərq olmayın. Bütün dünyada belədir. Çoxluq içində bir-iki intelektli və işini bilən sənətkarlar da var. Bəli, bəli, var... Vaxtı ilə Türkiyədə də hamı kino çəkər, filmdə də müğənni olardı. Kinonu atıb olardı şərqiçi. Bəs nooldu? Heç nə olmadı. Onların heç biri bir Ahmet Kaya ola bilmədi, Sezen Aksu ola bilmədi. Bəli, bu gün bizdə də atdığın daş müğənni başına düşür. Amma əmin olmaq lazımdır ki, onların heç biri Flora Kərimova, Faiq Ağayev, Oktay Ağayev, Teymur Əmrah olmayacaqlar.

P.S. Sonda Bukoviskidən bir fikir ağlıma gəldi: "Tək olmaq, səhv yerdə və səhv bir ürəkdə olmaqdan yaxşıdır". Bəs bunun bu yazıya nə aidiyyatı? Onu desəm, Bukoviski viski və qadınlardan vaz keçər, siqar yandırmaz, söyüş söyməz və yaxşı yazılar da yazmaz.

# 4544 dəfə oxunub

Oxşar xəbərlər

Müğənni Rəqsanənin ev dustaqlığına buraxılması barədə vəsatətə baxılır

Müğənni Rəqsanənin ev dustaqlığına buraxılması barədə vəsatətə baxılır

17:35 19 noyabr 2025
"Avroviziya" iştirakçısı olan əkiz bacılar intihar etdilər

"Avroviziya" iştirakçısı olan əkiz bacılar intihar etdilər

16:53 19 noyabr 2025
ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi

ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi

16:37 19 noyabr 2025
Xalq artisti Roza Cəlilova dəfn olundu

Xalq artisti Roza Cəlilova dəfn olundu

16:35 19 noyabr 2025
Bakıda tanınmış özbək rəssamın sərgisi açıldı

Bakıda tanınmış özbək rəssamın sərgisi açıldı

15:46 19 noyabr 2025
Münhendə Azərbaycan musiqiçilərinin əsərləri təqdim olunub

Münhendə Azərbaycan musiqiçilərinin əsərləri təqdim olunub

15:03 19 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər