Tovuz döyüşlərinə aid eksponatlar İstiqlal Muzeyinə təqdim olundu - Fotolar

Tovuz döyüşlərinə aid eksponatlar İstiqlal Muzeyinə təqdim olundu - Fotolar
10 sentyabr 2020
# 16:42

Yeni növ koronavirus (COVID–19) pandemiyası dövründə öz fəaliyyətini onlayn qaydada davam etdirən İstiqlal Muzeyi ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olan şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq “Vətən sizinlə qürur duyur!” layihəsini həyata keçirib.

Kulis.az xəbər verir ki, həmin layihə çərçivəsində muzeyin elmi işçisi Aynurə Tağıyeva iyul ayında Ermənistan silahlı qüvvələrinin hücumuna məruz qalan Tovuz rayonunun Ağdam kəndində olub. O, Azərbaycanın Milli Qəhrəmanı Naiq Yusifovun ailəsinə baş çəkib, onun döyüş yolu ilə maraqlanıb və doğmaları ilə birlikdə cəsur Vətən müdafiəçisinin xatirəsini yad ediblər.

Milli Qəhrəmanın ailəsi onun hərbi xidmətdə olduğu zaman ailəsinə göndərdiyi məktubu, eləcə də şəxsi qol saatını və bir neçə fotosunu muzeyə təqdim edib. Onu da qeyd edək ki, Naiq Yusifov Sovet İttifaqı Qəhrəmanı Yusif Sadıqovla qohumdur. Yusif Sadıqovun oğlu Mehdi bu ilin mayında atasına aid olan fotoları muzeyə hədiyyə edib.

Muzeyin əməkdaşı iyulda düşmənin Tovuz rayonuna hücumunun qarşısının alınması zamanı şəhid olmuş Elşad Məmmədovun valideynləri ilə də görüşüb, Ağdam kəndinin müdafiəsi zamanı göstərdiyi qəhrəmanlıqla maraqlanıb.

Atası oğluna məxsus qol saatını və portmanatını muzeyin eksponatları arasına qoyulması üçün muzey əməkdaşına təqdim edib. İyulun 13-də ermənilər tərəfindən artilleriya atəşi nəticəsində həlak olan mülki şəxs, Ağdam kənd sakini, 76 yaşlı Əziz Əzizovun həyətində partlamış mərminin bir neçə qəlpəsi də muzey izləyicilərinə təqdim edilmək üçün götürülüb.

# 3313 dəfə oxunub

Oxşar xəbərlər

“Xalq şairi Söhrab Tahir – 100”  adlı sərgi açıldı

“Xalq şairi Söhrab Tahir – 100” adlı sərgi açıldı

14:15 26 may 2026
Eldost Bayram:  "Özəl televiziyalarda başqa şey tələb edəcəkdilər..." - Müsahibə

Eldost Bayram: "Özəl televiziyalarda başqa şey tələb edəcəkdilər..." - Müsahibə

14:00 26 may 2026
İlk Türkoloji Qurultaydan sonra "qara siyahı"ya düşən alim - Onu niyə  həbs etmişdilər?

İlk Türkoloji Qurultaydan sonra "qara siyahı"ya düşən alim - Onu niyə həbs etmişdilər?

13:30 26 may 2026
"Bu, birbaşa dövlətə xəyanətdir" - Zvyaqintsevə qarşı sərt ittiham

"Bu, birbaşa dövlətə xəyanətdir" - Zvyaqintsevə qarşı sərt ittiham

12:30 26 may 2026
100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

12:00 26 may 2026
Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi

Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi

11:53 26 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər