Sankt-Peterburqda Nar festivalı keçirilib - Fotolar

Sankt-Peterburqda Nar festivalı keçirilib - Fotolar
27 noyabr 2019
# 16:35

Rusiyanın Sankt-Peterburq şəhərində Nar festivalı keçirilib.

Kulis.az xəbər verir ki, bu günlərdə Rusiyanın şimal paytaxtında üçüncü ənənəvi Nar festivalı keçirilib. Sakinlər və şəhərin qonaqları Azərbaycan mədəniyyəti ilə tanış olub, bu bayramın təşkili tarixini öyrəniblər. Həmçinin arzu edənlərə ləziz Azərbaycan plovu, sulu nar və nar şirəsi təqdim olunub.

Tamaşaçılar konsert proqramına baxdıqdan sonra hər kəsin zövqünə görə məşğuliyyət tapa biləcəyi ustad dərsləri zonasına keçiblər. Burada arzulayan hər kəs öz əli ilə qutab hazırlaya, ənənəvi şəkərburanı naxışlarla bəzəyə bilib. Ustad dərsləri zonasında uşaqlar üçün akvaqrim çəkilib, böyüklərin əllərinə isə xına ilə məhəndi işlənib.

Tədbirdə iştirakçılar arasında Azərbaycan nemətləri olan 3 səbət də oynanılıb.

Nar festivalının təşkilatçıları qismində Sankt-Peterburq Azərbaycan Milli-Mədəni Muxtariyyəti və onun nəzdində fəaliyyət göstərən Azərbaycanlı Gənclər Təşkilatı çıxış ediblər./azertag.az/

# 3580 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər