Kitab sərgisi

Saitlər əsasdır, yoxsa samitlər?

Saitlər əsasdır, yoxsa samitlər?
23 sentyabr 2021
# 16:14

Kulis.az İmarət Cəlilqızının “Vokalizmlər və konsonantizmlər” yazısını təqdim edir.

Deyir:

- Səncə, saitlər əsasdır, yoxsa samitlər?

Deyirəm:

- İkisi də. Amma mənə qalsa, samitlər saitlərdən üstündür.

- Nəyə görə ki?

- Çünki samitlər, necə deyərlər, skeletdir, qəlibdir, saitlər isə o qəlibi dolduran.

- Nə təhər yəni?

Bax, tutaq ki, mən "a, a, a, a" desəm, sən nə dediyimi başa düşməyəcəksən. Amma

"m, d, q, s, k, r" desəm, bir az diqqət edib taparsan ki, bu, " Madaqaskar" sözüdür.

Bir neçə saniyə qəribə nəzərlərlə üzümə baxır, birdən gülüb deyir:

- Kefsən e sən!..

Dərhal etiraz edirəm:

- Xeyr. Mən kef-filan deyiləm, adamam. Adam isə kef ola bilməz, kefli ola bilər. "Kef" isimdir, əlamət bildirmir, “kefli” isə sifətdir, əlamət və ya keyfiyyət bildirir. "Keflı", yəni ...

O, əlini yelləyib bezmiş kimi ucadan səslənir:

- Aaaa!... Əl çək!..

Sonra ucadan şən-şən gülür. Reaksiya mənə ləzzət edir, məmnun halda və guya çoxbilən, ciddi və təşəxxüslü olduğum üçün mötəbər bir görkəmlə ağır-ağır başımı tərpədirəm.

Qoymadı ki, mühazirəmi bitirim, yoxsa "Ölülər"ə qədər gedib fənlərarası əlaqə də yaradacaqdım.

# 3805 dəfə oxunub

Oxşar xəbərlər

Alim Qasımov Torontoda konsert verdi

Alim Qasımov Torontoda konsert verdi

11:20 4 oktyabr 2025
Məşhur reperə 4 il həbs cəzası verildi

Məşhur reperə 4 il həbs cəzası verildi

11:00 4 oktyabr 2025
Alternativ Nobel mükafatı laureatlarının adları açıqlandı

Alternativ Nobel mükafatı laureatlarının adları açıqlandı

10:26 4 oktyabr 2025
"Tağıyev" filminin üçüncü hissəsinin təqdimat mərasimi keçirildi

"Tağıyev" filminin üçüncü hissəsinin təqdimat mərasimi keçirildi

10:08 4 oktyabr 2025
“İlyas Əfəndiyev”  mükafatı təqdim edildi

“İlyas Əfəndiyev” mükafatı təqdim edildi

18:42 3 oktyabr 2025
Uşaqları yəhudi olsa da, yəhudiləri sevməyən şair – Onu teatrdan niyə qovmuşdular?

Uşaqları yəhudi olsa da, yəhudiləri sevməyən şair – Onu teatrdan niyə qovmuşdular?

18:17 3 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər