Rəssamlar üçün satış-sərgisi açıldı

Rəssamlar üçün satış-sərgisi açıldı
26 mart 2021
# 16:42

Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Novruz bayramı münasibətilə rəssamların onlayn satış-sərgisi təşkil olunub.

Dövlət Rəsm Qalereyasından bildirilib ki, sərgi gənc nəsil arasında Novruz bayramının ənənələrini yaşatmaq, rəssamların yaradıcılıqlarını dəstəkləmək və stimullaşdırmaq məqsədilə reallaşıb.

Azərbaycan xalqının maddi və mənəvi dəyərlərini özündə birləşdirən Novruz bayramı, tarixi qədimliyə və mədəni-mənəvi zənginliyə malikdir.

Xalqımızın milli adət-ənənələrini və ən nadir xüsusiyyətlərini özündə birləşdirən Novruz bayramına zaman-zaman Azərbaycan rəssamları da öz yaradıcılıqlarında yer verib və bədii dəyərə malik əsərlər yaradıblar.

Sərginin virtual ekspozisiyasında rəssamların milli adət-ənənələrimizi əhatə edən mövzularda qrafika, rəngkarlıq, dekorativ tətbiqi sənət və heykəltaraşlıq əsərləri nümayiş olunur.

Sərgidə nümayiş edilən əsərlər Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi “Facebook” və “Instagram” sosial şəbəkələri, eyni zamanda, www.artgift.az incəsənət əsərlərinin satış portalı vasitəsilə yayımlanır.

# 4174 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər