Qəbirdə molla ölünün qulağına nə deyir? – Mənasını bilmədiyimiz sirli dəfn adətlərimiz

Qəbirdə molla ölünün qulağına nə deyir? – Mənasını bilmədiyimiz sirli dəfn adətlərimiz
14 iyun 2021
# 12:10

Kulis.az Azərbaycanın qeyri-adi dəfn adətləri ilə bağlı araşdırmanı təqdim edir.

Yer üzünə gələn hər bir canlının gəlişi kimi bir də bu dünyadan gedişi var. Və bu təqvimlər müxtəlif mərasimlərlə müşayiət olunub.

Körpənin anadan olması bir nəslə, ailəyə sevinc bəxş etdiyindən, onun doğulması münasibəti ilə müxtəlif şənliklər keçirir, adət ənənələrə riayət olunur. Anadan olan uşağın qırxı çıxmayana qədər ailə üzvləri çalışırlar ki, onun yanına yad adamlar gəlməsin. Əgər kimsə qəfildən təzə doğulmuş körpənin qırxını pozarsa, onda uşaq da, ana da çiləyə düşə bilər.

Diqqət yetirsək, görərik ki, insan dünyasını dəyişəndə də onun üçün qırx gün təyin olunur. Bu qırx gün mərasimi ölən insanların yaxınlarının tək qalmaması, məclisə qarışıb başlarını qarışdırması, yaxın qohumlar, dostlar tərəfindən təsəlli kimi hesab olunsa da, həm də bunun dini kökləri və səbəbləri vardır.

Azərbaycanda dəfn adət-ənənələrinin kökü qədim zamanlar gedib çıxır. Arxeoloji qazıntılar zamanı Qobustandakı FiruzKənizə düşərgələrində aşkar edilmiş iki dəfn abidəsi Azərbaycanın Mezoli-Eneolit dövrü əhalisini kütləvi dəfn adətləri haqqında təsəvvür yaradır.

Meyit o yerdə yuyulmalıdır ki, hörməti oradan getməsin” - İlahiyyatçı -  Modern.Az Azərbaycan və dünya xəbərləri

Eneolit dövründə Azərbaycanda ölünü bilavasitə yaşayış yeri ərazisində dəfnetmə adəti varmış. İlk Tunc dövründə isə ölülər yaşayış yerlərində deyil, xüsusi ayrılmış yerlərdə basdırılırdı.

Atropatena Albaniya ərazilərində e.ə. III-I əsrlərdə torpaq qəbirlərlə yanaşı, küp qəbirlər də geniş yayılmışdı. İri küplərdə meyit bükülü vəziyyətdə dəfn edilirdi. Kişilər sol, qadınlar isə sağ böyrü üstə basdırılırmış.

Küpün içərisinə bəzək əşyaları, yanında isə gil qablar qoyulurdu. Küp qəbirlər üfüqi vəziyyətdə aşkar edilir və üstündə abidə olmur.

Orta əsrlərdən başlayaraq, müsəlman xalqlarının əksəriyyətində dəfn qaydaları və mərasimləri - mərhumun yuyulması, qüsllənməsi, kəfənlənməsi, qəbrin quruluşu, ölü namazının qılınması, cənazənin məzara endirilməsi, təlqin və islam dininin qanunları ilə müəyyən edilmiş digər adətlər oxşardır. Hətta demək olar ki, eynidir və onlara əməl olunması vacib sayılır.

Molla yas məclisi apardığı yerdə dünyasını dəyişdi - Foto

İslam qaydalarından danışdıqda mənbələr bildirir ki, ölüm yatağında olan kişi və ya qadın, qoca və ya cavan olmasından asılı olmayaraq, can verən zaman üzü qibləyə tərəf uzadılmalıdır. Can verən adamın yanında bərkdən ağlamaq və ya ucadan danışmaq, öləni otaqda tək qoymaq olmaz. Ölümdən sonra məsləhətdir ki, meyitin ağzını, gözlərini, çənəsini bağlasınlar, əllərini və ayaqlarını uzadıb üstünə parça çəksinlər. İnsan əgər gecə ölübsə, öldüyü yerdə çıraq yandırsınlar və onu dəfn etmək üçün adamlara xəbər versinlər.

Dini qaydalara görə, dünyasını dəyişən insanın mümkün qədər tez dəfn olunması vacib əməl hesab olunur. Amma onun ölümünə yəqinlikləri olmasa, məlum olması üçün gərək gözləsinlər. Əgər meyit hamilə olsa və qarnındakı uşaq diri olsa, gərək dəfn işi ölünün böyrünü yararaq uşağı çölə çıxardıb yarılan yerin tikiləcəyi vaxta qədər təxirə salınsın. Sonra onun üzünü ağ parça ilə örtürlər.

Qədim adət-ənənəyə görə, insan öləndən sonra meyit dərhal yuyulmalı və pak olmalıdır. Sonra həyətdə od qalanar, kişilər bu odun ətrafında dövrələmə əyləşirlər. Əyləşənlərin sayı tək rəqəm olmalıdır. Küçədən yad bir adam keçərsə, yaxud dövrəyə gələrsə, onda fatihə oxunur.

Kişi naməhrəm qadına qüsl verə bilməz və həmçinin qadın da naməhrəm kişiyə qüsl verə bilməz. Amma qadın öz ərinə, ər də öz arvadına qüsl verə bilər.

Dəfn pulu" nə qədərdir və kimlərə verilir? - TƏLƏB OLUNAN SƏNƏDLƏR »  Xeberler.org

İslam qaydasına görə, ölən insanı paltarsız kəfənə bükürlər. Kəfən ağ kətandan və ya çitdən hazırlanır, üç hissədən ibarətdir:

  1. Bədənin aşağı hissəsini bükmək üçün parça kəsiyi;
  2. Köynək;
  3. Mərhumu başdan-ayağadək bürüyən parça.

Kəfən mütləq taxta iynə ilə tikilməlidir. Vəfat etmiş arvad üçün əri, vəfat etmiş kişi üçün isə arvadı, yaxud da onun qohumları və ya övladları kəfən hazırlamalıdır. Bu gün isə bunlar əsasən məscidlərdə icra olunur.

Meyit həmin gün aparılmalıdır, daha doğrusu, adam ölən günü dəfn edilməlidir.

Meyiti evdən çıxararkən birbaşa qaldırıb aparmaq olmaz.

Mafəni üç dəfə yerə qoyub götürürlər.

Meyiti apararkən dönüb geri və ətrafa baxmaq olmaz. Yaxud da, yarı yoldan dönüb geri qayıtmaq olmaz. Yalnız düz qabağa baxmalı və səssiz-səmirsiz gedilməlidir.

Jurnalist Rasim Əliyev dəfn edilib - BBC News Azərbaycanca

Cənazəni apararkən, tələsmək vacibdir: addımlar, qaçış addımları deyil, sadəcə iti addımlar olmalıdır.

Peyğəmbər bu xüsusda belə deyir:

“Cənazəni tez aparın. Əgər o, əməlisalehdirsə siz onu xeyrə qovuşdurursunuz. Yox, əgər əməlisaleh deyilsə, onda siz şəri özünüzdən uzaqlaşdırmış olursunuz.”

Qəbiristanlığa çatanda meyiti birbaşa qəbirə endirmirlər.

Endirmək üçün qəbirdən bir metr kənarda yer düzəldilir. Cənazə olan mafə ora qoyulur və mərhumun başı üstündə cənazə namazı qılınır. Əgər ölən kişidirsə, mərhumun başı üstündə dua oxuyan cənazəyə yaxın, qadındırsa, ondan bir qədər aralı durur.

Gallery

Dua oxunmamış, cənazə namazı qılınmamış meyiti basdırmaq düzgün hesab olunmur. Əgər altı yaşına çatmış uşaq ölmüşsə, namaz qılmaq məcburidir. Altı yaşına çatmamış uşaq üçün namaz qılmamaq da olar.

Ölən öz əcəli ilə deyil, qəsd edib özünü öldürmüşdürsə, ona da ölü namazı düşür.

Ölü namazını qılmazdan əvvəl molla sağ əlini mərhumun sağ çiyninə, sol əlini sol çiyninə qoyub meyiti bərk-bərk silkələyir və onun qulağına üç dəfə bu sözləri təkrar edir: "Eşit, bil və agah ol, ya filankəs (adını çəkir)".

Sonra dua oxumağa başlayır.

Qadın qəbri kişi qəbrindən bir qədər dərin olur.

Nə üçün qadınların qəbri, kişilərin məzarından daha dərin qazılır?

Ümumiyyətlə, İslam dinində qadının kişiyə nisbətən daha dərində basdırılması qəbul ediləndirmi?

Cümə məscidinin imamı hacı Surxay Məmmədli bu barədə deyir:

“Dində ayrı-seçkilik yoxdur. Qadın və kişi dünyasını dəyişəndə hər ikisi Allahın rəhmətinə qovuşur. Bu məsələyə başqa bir aspektdən yanaşmaq düzgün deyil. Şəriətimizdə qadınla kişinin qəbrinin dərinliyi arasında fərq nəzərdə tutulmayıb. Bu, şəriətə deyil, ürfə (adət-ənənəyə) əsaslanan bir məsələdir. Qadınların dərin basdırılmasının başqa səbəbi var ki, bu da xoşagəlməz qoxuyla bağlıdır. Əsas səbəb hədislərdə belə göstərilir: “Qadınlar dəfn olunarkən, kişilərə nisbətən bədəndə çürümə gedən zaman daha çox pis qoxu gəlir”. Çünki qadının bədəni daha tez iylənir. Məhz bu əsas səbəb kimi götürülərək, kişilərlə müqayisədə dərində basdırılır”.

Lakin tibb mütəxəssisləri bu fikri doğru hesab etmirlər. Onların sözlərinə görə, qadın və kişinin heç bir fərqi yoxdur. İnsan dünyasını dəyişəndən sonra çürüyür və ondan qoxu gəlməyə başlayır.

Qəbir üstündə Youtube-dan Quran oxunması düzgündür? - İlahiyyatçıdan  AÇIQLAMA

Başqa bir dini versiyaya görə, Qiyamət günü dirilib qəbirdə ayaq üstə qalxanda qadının naməhrəm yerləri, sinə hissəsi görsənməsin deyə belə edirlər. Kişilərdə isə naməhrəm yerlər qurşaqdan aşağı hissələr hesab olunduğundan, bu dərinliyə səbəb yoxdur. Necə ki, Həcc mərasimi zamanı kişilər ehram deyilən, bir növ kəfənə oxşayan geyim geyinirlər və bu geyim əsasən qurşağa qədər örtükdən ibarət olur.

Qəbirlərin bu cür fərqli qazılması qadına ehtiramdan dolayıdır.

Adət-ənənəyə görə, müsəlmanları tabutda dəfn etməzlər, lakin bəzi hallarda (bədəni parçalanmış və ya çürüməkdə olan meyiti tapılmış) tabutda basdırmaq olar. Amma bütün hallarda, müsəlman kəfənə tutulur, paltarsız və kənar əşyalar olmadan üzü qibləyə basdırılır.

Meyiti qəbirə endirməmişdən öncə cənazə olan mafəni üç dəfə yerə qoyub götürürlər. Yalnız bundan sonra onu məzara endirirlər. Əgər ölən kişidirsə, mafəni üçüncü dəfə yerə qoyanda mərhumun başı qibləyə tərəf olmalıdır. Kişini qəbirə onun enli tərəfindən endirirlər. Qadını isə üzü qibləyə tərəf qoyur və dərhal qəbirə endirirlər.

Cənazə qəbirə endirilərkən onu yerləşdirmək üçün qəbrə enən adam başıaçıq və ayaqqabısız olmalıdır. Həmin adam qəbirdən mərhumun ayaq tərəfindən çıxmalıdır. O hamıdan qabaq qəbrə bir ovuc torpaq atıb deməlidir: "Biz hamımız Allaha məxsusuq və onun yanına qayıdırıq".

Qəbirə torpaq atanda yalnız tək sayda atılır. Qəbrin üstünə yığılan torpaq yer səthindən ən azı dörd-beş barmaq hündürlükdə olmalıdır. Dəfndən sonra qəbrin üstünə su töküb yeddi dəfə ovucla torpaq atıb dua oxuyurlar. Bütün bunlardan sonra ölən adamın yaxın qohum-əqrəbası sıra ilə cərgəyə düzülür və bütün qəbiristanlıqda olan adamlar onlara başsağlığı verir.

Başsağlığı verərkən bu cümlələri deyirlər: "Allah öləninizə rəhmət eləsin. Geridə qalanları gözəgörünməz qəzadan-bəladan saxlasın. Allah onların canını sağ eləsin".

Qayıdıb evə gəlirlər.

Həmin gecə Quran oxunur.

Bəzi bölgələrdə isə qəbirin üstündə ocaq qalanır.

# 9175 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #