Qalib nağılçılar bəlli oldu

Qalib nağılçılar bəlli oldu
12 iyun 2020
# 16:39

İstedadlı uşaq və yeniyetmələri ətrafına toplamaqla müxtəlif maraqlı yaradıcılıq layihələri həyata keçirən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı növbəti istedad seçimini də uğurla başa vurdu.

Yüzlərlə uşağa öz yaradıcılıq imkanlarını nümayiş etdirmək imkanı verən “Sənə nağıl danışım” adlı bu nağıl müsabiqəsinin qalibləri artıq müəyyənləşib.

Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası, Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və “Kulis.az” saytının təşkilatçılığı ilə “Sənə nağıl danışım” adlı bu müsabiqə 7-13 yaş arası uşaqları əhatə edirdi. Balacaların koronovirus, ümumilikdə xəstəliklərlə bağlı bilgi və təəssüratlarını öyrənmək məqsədilə reallaşan yarışmaya ümumilikdə 483 nağıl təqdim olunub.

Tanınmış yazıçı və jurnalistlərdən ibarət 5 nəfərlik münsiflər heyətinin (Zülfüqar Rüfətoğlu, Şərif Ağayar, Samirə Əşrəf, Nərgiz Kərimova, Həmidə Rüstəmova ) gərgin müzakirələri sayəsində 10 ən yaxşı nağılı seçilərək müvafiq yerlər üzrə sıralanıblar.

Tanınmış yazıçı və jurnalistlərdən ibarət 5 nəfərlik münsiflər heyətinin gərgin müzakirələri sayəsində 10 ən yaxşı nağılı seçilərək müvafiq yerlər üzrə sıralanıblar.

“Şah yuxuda olanda” nağılı ilə ilk üçlüyün birincisi Ülvi Hüseynzadə. İkinci yerin qalibi “Hay tayfalarından cadugərin nağılı” ilə Ayhan Anaroğlu, üçüncü yerin qalibi isə “Taclı məxluqun əhvalatı” nağılı ilə Paşa Ömərdir.

Müsabiqənin şərtinə görə teatr nəzdindəki studiya ilk üçlükdə qərarlaşan bu nağıllar əsasında bir tamaşa hazırlayaraq mövsümün sonunadək teatrsevərlərə təqdim edəcək.

Seçilən yeddi nağılın müəllifinə isə müsabiqənin iştirakçı diplomları təqdim olunacaq. Bundan başqa, həmin seçkin nağıllar “Kulis.az” saytında dərc olunacaq.

Münsiflər heyətinin balaca nağılçılar arasından seçdikləri yeddi nağıl arasından ən çox oxunan nümunəyə də təşkilatçılar tərəfindən diplom təqdim ediləcək.

Münsiflərin diqqətlə seçdikləri yeddi qalib isə müvafiq olaraq “Xoşbəxtlik diyarı” (Yusif Zamanlı), “Yaxşılıq itmir” (Fəxrəddin İmaməliyev), “Leylanın arzuları” (Leyla Vəlizadə), “Əlinin yuxusu” (Vüsal Davudlu), “Qüsursuz həyat” (Sabir Seyidov), “Nənə və siçan” (Könül Məmmədova) və (Dəniz Xankişiyeva) "Bağışla" nağıllarıdır.

Qeyd edək ki, müsabiqə dünyanı cənginə alan koronovirus pandemiyasının respublikamızın ərazisində daha geniş yanılmasının qarşısının alınması istiqamətində həyata keçirilən sosial təcrid layihələrinə dəstək məqsədilə keçirilirdi.

# 6081 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər