Qadın soyunaraq şəhəri işğalçılardan xilas etdi – Qeyri-adi hadisə

Qadın soyunaraq şəhəri işğalçılardan xilas etdi – Qeyri-adi hadisə
12 may 2020
# 18:02

1543-cü ildə Nitsa Mühasirəsi zamanı tarixə düşən bir hadisənin qəhrəmanı olan Ketrin Sequran adlı qadın şəhəri Osmanlı işğalından necə xilas etdi?

Kulis.az tarixə adını yazdıran bu qadınla bağlı qeyri-adi faktı təqdim edir.

İtaliya ilə müharibə aparan Fransa, Osmanlıdan kömək istəyir. O dövrlərdə Fransa ilə ittifaqda olan Osmanlı İmperatorluğu bu təklifi qəbul edər və 1543-cü il mayın 29-da 30 min əsgərdən ibarət Osmanlı donanmasını Barbaros Xeyrəddin Paşanın komandanlığı altında yola çıxır.

Osmanlı donanması gəlməmişdən əvvəl fransızlar Nitsa şəhərini mühasirəyə almağa cəhd etsələr də Barbarosun əbədi və əzəli düşməni Andera Doria fransızları geri çəkilməyə vadar etmişdi. Yalnız avqust ayında Osmanlı donanması şəhəri mühasirəyə almağa müvəffəq olur. Bu mühasirə tarixə Nitsa mühasirəsi kimi düşür.

Osmanlı əsgərləri artıq içəriyə doğru irəliləyib şəhərin qalasını ələ keçirməyi hədəfə alıb qalanın ətrafını tutur. Təxminən on gün davam edən mühasirədən sonra artıq qaladakılar təslim olmağa hazırlaşdıqları anda Ketrin Sequran qala divarlarının üstünə çıxıb. Nitse şəhərində paltaryuyan işləyən Ketrin qeyri-rəsmi nikahdan dünyaya gələn bir uşaq idi. Lakin o andan sonra həm Ketrinin, həm də şəhərin taleyi dəyişir.

Osmanlı əsgərlərinin heyrət dolu baxışlarının müşayiəti ilə əvvəlcə bir neçə dəqiqəlik çıxış edən Ketrin çıxışı sona çatandan sonra arxasını Osmanlı əsgərlərinə tərəf çevirib və soyunmağa başlayıb. Arxasını Osmanlı əsgərlərinə tərəf yellədən Ketrinin sərgilədiyi bu səhnə Osmanlı əsgərlərini daha da heyrətləndirib.

Qəfil qalanın qapısı açılır və cəsarətə gələn müdafiəçilər diqqəti yayınıb çaşqın-çaşqın qarşılaşdıqları mənzərəni seyr edən donanma üzərinə hücum edərək onların geri çəkilmələrinə səbəb olur. O gündən sonra Fransaya bağlı olan Nitsa şəhərində hər il noyabrın 25-i Əziz Ketrin günü kimi qeyd olunur.

# 3071 dəfə oxunub

Oxşar xəbərlər

Alim Qasımov Torontoda konsert verdi

Alim Qasımov Torontoda konsert verdi

11:20 4 oktyabr 2025
Məşhur reperə 4 il həbs cəzası verildi

Məşhur reperə 4 il həbs cəzası verildi

11:00 4 oktyabr 2025
Alternativ Nobel mükafatı laureatlarının adları açıqlandı

Alternativ Nobel mükafatı laureatlarının adları açıqlandı

10:26 4 oktyabr 2025
"Tağıyev" filminin üçüncü hissəsinin təqdimat mərasimi keçirildi

"Tağıyev" filminin üçüncü hissəsinin təqdimat mərasimi keçirildi

10:08 4 oktyabr 2025
“İlyas Əfəndiyev”  mükafatı təqdim edildi

“İlyas Əfəndiyev” mükafatı təqdim edildi

18:42 3 oktyabr 2025
Uşaqları yəhudi olsa da, yəhudiləri sevməyən şair – Onu teatrdan niyə qovmuşdular?

Uşaqları yəhudi olsa da, yəhudiləri sevməyən şair – Onu teatrdan niyə qovmuşdular?

18:17 3 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər