Pandemiya dövründə Azərbaycanda muzeylərin 20 faizi işləməyib

Pandemiya dövründə Azərbaycanda muzeylərin 20 faizi işləməyib
21 avqust 2020
# 19:00

ICOM Azərbaycan Milli Komitəsi 3-6 avqust tarixlərində COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdəki muzeylərin fəaliyyətində yaranmış problemləri ortaya çıxarmaq və onların aradan qaldırılmasında muzeylərə dəstək məqsədilə sorğu keçirib.

ICOM Azərbaycan Milli Komitəsinin katibliyindən APA-ya verilən məlumata görə, sorğuda Bakı, Naxçıvan, Gədəbəy, Astara, Masallı, Neftçala, Şabran, Xaçmaz, Bərdə, Quba, Ucar, Şirvan, Beyləqan, Yevlax və s. bölgələrdə fəaliyyət göstərən müxtəlif profilli 42 muzeydən, eləcə də rəsm qalereyaları və muzey mərkəzlərindən 59 nəfər mütəxəssis iştirak edib.

Sorğuda iştirak edənlərin 95,1 faizi dövlət büdcəsindən, 4,9 faizi isə müxtəlif mənbələrdən maliyyələşən muzeylərin əməkdaşları olub.

Sorğu nəticəsində məlum olub ki, pandemiya dövründə sözügedən mədəniyyət ocaqlarının 80,3 faizi onlayn, 6,6 faizi fiziki şəkildə fəaliyyət göstərib. Onlardan 13,1 faizi isə ümumiyyətlə, işini dayandırıb. Karantin dövründə əksər muzey işçiləri onlayn təlim və konfranslarda iştirak edib.

Muzeylər bağlı olduğu müddətdə onların ən əsas fəaliyyət istiqamətləri video mühazirələr, uşaqlar, tələbələr, böyüklər, valideynlər və müəllimlər üçün müxtəlif maarifləndirmə resurslarının, muzeyin rəqəmsal kolleksiya resurslarının təqdimatını həyata keçirmək olub.

Sorğuda iştirak edənlərin fikrincə pandemiya dövründə muzeylərin ən mühüm rolu maarifləndirmədir.

Sorğu iştirakşılarının fikrincə, mövcud karantin şəraitinin muzeylərə əsas mənfi təsirləri ziyarətin dayandırılması, normal iş fəaliyyətinin pozulması, maddi və mənəvi ziyan, layihələrin təxirə salınması sayıla bilər. Müsbət təsiri isə muzeylərin onlayn fəaliyyət sahəsində təcrübə qazanması, onlayn şəkildə maarifləndirmə işinin genişləndirilməsi, elmi araşdırmalar üçün daha çox vaxtın olması, koronavirusun yayılmasının qarşısının alınması və s.dir.

Sorğunun nəticələrinə əsasən deyə bilərik ki, COVID-19 pandemiyası dövründə muzeylərin 98,4 faizində işçilərin ixtisarı aparılmayıb. Bu müddət ərzində muzey işçiləri ən çox texniki çətinliklər, normal iş rejiminin pozulması, onlayn fəaliyyətə alışmaq, məlumatların elektron formatda olmaması, insan resurslarının, həmçinin pullu xidmətin olmaması kimi çətinliklərlə üzləşiblər.

Pandemiya muzey işində bir sıra yeniliklərə - onlayn fəaliyyətə, sosial şəbəklərdə izləyici sayının artmasına, incəsənətə marağın artmasına təkan verib.

Pandemiyadan sonra muzeylər öz normal iş rejiminə qayıtmaqla yanaşı, onlayn fəaliyyəti daha da gücləndirməyi, bu istiqamətdə yeniliklər etməyi planlaşdırır.

Sorğuya əsasən respondentlərin 57,4 faizi muzeylərin bir ay ərzində açılmasını gözləy

# 3841 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər