Orxan Pamuk Sevgililər Günündən danışdı

Orxan Pamuk Sevgililər Günündən danışdı
14 fevral 2020
# 10:44

Nobelli türk yazıçı Orxan Pamuk sevgi və münasibətlər haqqında fikirlərini dilə gətirib.

Kulis.az Orxan Pamukun Sevgililər Günündə türk mətbuatına səsləndirdiyi fikirləri təqdim edir.

Sevgi yalnız xoşbəxt bir görüş, bir qarşılaşma deyil. Qaranlıq bir yanı da var sevginin. Özünü fəda etmə istəyi, duyğularını dünyanın ən önəmli şeyi sayma meyli, təsdiqlənmə istəyi. Həyatı bir çox rüsvayçılığın üzərinə sevgi bulaşdıraraq rəngləndirməkdir. Yuxarı təbəqə, müdirlər, zənginlər özlərini sevgi ilə belə qəbul etdirərlər. Buna görə sevgini puldan üstün tutan qəhrəmanı sevib, axtararıq.

Sevgi xüsusi günlərdə, ildə bir dəfə düşünülərək izah olunan bir şey deyil. Sevginin mənə görə şirin və ideallaşdırılan bir tərəfi var. “Məsumiyyət muzeyi” romanım və muzeyin əslində sevginin sehirli yanıyla çox da maraqlı deyil. Mənim romanım ah, sevgi nə gözəldir demir. Amma həm də bunu deyir. Biz aşiq olduğumuzda bunu hiss edirik, amma sonra başımıza hansı işlər gəlir? “Məsumiyyət” romanında sevgini sanki bir avtomobil qəzası kimi, başımıza gələn qorxunc hadisə kimi, bizim əlimizdə olmayan, qaranlıq anlaşılmaz bir şey kimi izah etdim.

Birinə hədsiz sevgi duyduğumuzda yaşadığımız o dadlı hiss romanda var. Sevgi qapını vurmadan gələn duyğudur və onun üçün də qəfil ovlanırıq, vəziyyəti əldə saxlamağa, başımızı toplamağa çalışırıq. Əvvəlcə ağlımızla bu vəziyyətə hakim olmağa çalışırıq. Təbii ki, kənardakılar bizə baxıb şaqqanaq çəkir, şəbədə qoşurlar. İçimizə qapanmış, tutulmuşuq. Sevgidən qaçmaq mümkün olmasa da yazıçılara düşən onu şişirtmək deyil, anlamaq, insanların hekayələri üzərindən sevgini məntiqlə qavramaq və daha yaxşı insan olmaq üçün...

Sevgi duyğusunun asanlıqla dəyişəcəyini sanmıram. Ancaq onu ifadə etmənin yolları dəyişə bilər. “Mənim adım qırmızı” romanımda Ester obrazlı qadın evdən evə məktub daşıyaraq aşiq kişilərin və qızların qəlbini titrədir. Hazırda isə internet əsrində artıq hər an, hər saniyə məktub yazıb cavab ala bilərsiniz. Poçtalyonu gözləyən aşiq fikri dövrü bitdi. Amma poçtalyon yoxdu deyə sevgi bitməz. Üstəlik ünsiyyətin çoxalması sevgini azaltmaz, tam tərsi görüşmək və yazışmaq sevgini artırır məncə.

Hər kəs öz qurşağının əsil aşiqi olduğuna inanmaq istəyir. Keçmiş dövrdəki aşiqlər daha yaxşı idilər, sözünə inanmıram. Əsas olan duyğularımızın dərinliyi və həqiqiliyidir. Amma duyğular dərin və gerçək olduqda acılar da başlayar, çünki həyat sizin xəyallarınıza uymaz.

# 3995 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər