Opera ulduzları Bakıda çıxış edəcək

Opera ulduzları Bakıda çıxış edəcək
29 fevral 2020
# 15:18

Martın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Aida” operası nümayiş ediləcək.

Səhnə əsərində Azərbaycan Opera və Balet Teatrının solistləri ilə yanaşı, Rusiya və Ukraynadan dəvət olunmuş sənət ulduzları da iştirak edəcəklər.

Operada Radames partiyasında K.Stanislavski və V.Nemiroviç-Dançenko adına Moskva Akademik Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Nikolay Yeroxin çıxış edəcək.

Aida partiyasını Azərbaycanın Əməkdar artisti, “Humay” milli mükafatının laureatı Afaq Abbasova ifa edəcək.

Xalq artistləri Əli Əsgərov və Əkrəm Poladov operada müvafiq olaraq Misir şahı və Ramfis rollarında, Xalq artisti Gülnaz İsmayılova Kahin qadın, Əməkdar artistlər Səbinə Vahabzadə isə Amneris, Cahangir Qurbanov Amonasro rollarında çıxış edəcəklər.

Operanı idarə etmək üçün Odessa Milli Akademik Opera və Balet Teatrının baş dirijoru, Belarusun Xalq artisti, professor Vyaçeslav Voliç dəvət olunub. /azertag.az/

# 3771 dəfə oxunub

Oxşar xəbərlər

Troya şəhərindəki qədim aqoranın qalıqları aşkarlandı

Troya şəhərindəki qədim aqoranın qalıqları aşkarlandı

12:00 23 sentyabr 2026
Milli Məclisdə dini abidələr mövzusunda müzakirə keçiriləcək

Milli Məclisdə dini abidələr mövzusunda müzakirə keçiriləcək

11:57 23 sentyabr 2026
Bred Pittdən yeni layihə - Tanınmış rejissorlarla

Bred Pittdən yeni layihə - Tanınmış rejissorlarla

10:40 23 sentyabr 2026
Məşhur sənətçi evtanaziya ilə həyatına son qoydu

Məşhur sənətçi evtanaziya ilə həyatına son qoydu

10:20 23 sentyabr 2026
Nobel mükafatının məbləği artırıldı

Nobel mükafatının məbləği artırıldı

10:07 23 sentyabr 2026
"Adamah – qanlı palçıq deməkdir...” - Adəmin torpaqdan yaradılması ideyasında hansı feminin qatlar var?

"Adamah – qanlı palçıq deməkdir...” - Adəmin torpaqdan yaradılması ideyasında hansı feminin qatlar var?

10:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər