Ölkəmiz Tallində keçirilən festivalda təmsil olunub -Fotolar

Ölkəmiz Tallində keçirilən festivalda təmsil olunub -Fotolar
20 sentyabr 2021
# 15:20

Sentyabrın 18-i və 19-da Estoniyanın paytaxtı Tallində “milli azlıqların yarmarkası” keçirilib.

Kulis.az xəbər verir ki, Azərbaycan Diasporuna Dəstək Fondundan verilən məlumata görə, Tallin şəhərinin mərkəzi Ratuş meydanında keçirilən yarmarkada ölkəmiz də təmsil olunub.

Estoniyadakı “Azərbaycan Evi” tərəfindən hazırlanmış guşədə, ölkəmizin milli musiqiləri, rəqsləri, xalq geyimləri və milli mətbəximizin ləziz təamları festival iştirakçılarına təqdim edilib.

Azərbaycan tarixini, mədəniyyətini təsvir edən kitablar, milli məhsul və suvenirlərlə bəzədilən Azərbaycan guşəsi maraqla qarşılanıb. Guşədə Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə hazırlanan, 44 günlük Vətən müharibəsinin şanlı Qələbəsinə həsr edilən “Xarıbülbül” və dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan “Eternity” adlı musiqi albomları da nümayiş etdirilib.

Tədbirdə Estoniyada fəaliyyət göstərən, rəhbəri Yelena Əhmədova olan “Gratsia” rəqs qrupunun Azərbaycan milli rəqslərini nümayiş etdirməsi və Leyla Rəhimovanin ifasında “Azərbaycan” mahnısının səsləndirilməsi ilə yaddaqalan anlar yaşanıb.

Qeyd edək ki, Estoniya Milli Azlıqlar Forumunun təsis konfransı 1988-ci il sentyabrın 24-də Tallinn Politexnik İnstitutunda keçirilib. O zaman Estoniyadakı Azərbaycan İcması həmin Forumun təsisçilərindən biri olub və hər il keçirilən festivalda bu məlumat xüsusi olaraq vurğulanır. /azertag.az/

# 2788 dəfə oxunub

Oxşar xəbərlər

Yeseninin "vəhşi ilahəsi" - O, niyə ABŞ vətəndaşlığından imtina etmişdi?

Yeseninin "vəhşi ilahəsi" - O, niyə ABŞ vətəndaşlığından imtina etmişdi?

14:30 26 may 2026
“Xalq şairi Söhrab Tahir – 100”  adlı sərgi açıldı

“Xalq şairi Söhrab Tahir – 100” adlı sərgi açıldı

14:15 26 may 2026
Eldost Bayram:  "Özəl televiziyalarda başqa şey tələb edəcəkdilər..." - Müsahibə

Eldost Bayram: "Özəl televiziyalarda başqa şey tələb edəcəkdilər..." - Müsahibə

14:00 26 may 2026
İlk Türkoloji Qurultaydan sonra "qara siyahı"ya düşən alim - Onu niyə  həbs etmişdilər?

İlk Türkoloji Qurultaydan sonra "qara siyahı"ya düşən alim - Onu niyə həbs etmişdilər?

13:30 26 may 2026
"Bu, birbaşa dövlətə xəyanətdir" - Zvyaqintsevə qarşı sərt ittiham

"Bu, birbaşa dövlətə xəyanətdir" - Zvyaqintsevə qarşı sərt ittiham

12:30 26 may 2026
100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

12:00 26 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər