O qadınlar Çingiz Əlioğludan yaxşı yazır - Bu dəfə kişilər danışdı

O qadınlar Çingiz Əlioğludan yaxşı yazır - Bu dəfə kişilər danışdı
18 dekabr 2019
# 15:04

Tanınmış şair Çingiz Əlioğlu qadın yazarlardan ciddi imza görmədiyini dilə gətirib. Kulis.az bu dəfə məsələyə kişi yazarların münasibətini öyrənib. Cavabları təqdim edirik.

Fikrət Qoca

Gallery

- Çingiz gözəl şairdi. Dedikləri öz fikirləridir, hörmət edirəm. Amma son vaxtlar Azərbaycan ədəbiyyatında qadın imzalar kişilərdən daha fəaldılar. İstedadlı imzalar çoxdur. Xüsusən gənc qadınlar. Adlarını çəkmək istəmirəm. Birinin adını unutsam yaxşı olmaz.

Səfər Alışarlı

Gallery

- Dostum Çingiz Əlioğlu ədəbiyyatımızın ustad sənətkarlarından biridir, böyük mütaliəsi, dünya ədəbiyyatına dərin bələdçiliyi var. Prinsipial yanaşsaq, o minvalla istənilən ölkənin müasir ədəbiyyatında, qadın, kişi müəllif - fərq etməz, həmin boşluğu görmək, tapmaq və barmaqla göstərmək mümkündür. Qadın yazıçı və şairələrimizin bu sözlərdən küsüb inciməyini istəməzdim. Bu fikrə yəqin ki, ədəbi-bədii reallıqların yeknəsəqliyindən darıxan bir şairin improvizion baxışı kimi yanaşmaq lazımdır.

Varis Yolçuyev

Gallery

- Təbii ki, mən bu fikirlə razılaşmıram. Bəşər tarixi boyu bütün xalqlarda qadınlar tərəfindən yaranan ədəbiyyatın kişilərin yaratdığı ədəbiyyata nisbətən bir qədər kölgədə qalması ənənəsi var, əlbəttə. Mən bu həqiqətə əsla şübhə etmirəm. Amma bununla belə, deyə bilərəm ki, statistik qadın ədəbiyyatı anlamında Azərbaycanda həm nəsrdə, həm poeziyada kifayət qədər ciddi imzalar vardır. Hərəsindən cəmi birini deyim: Nəsrdə xalq yazıçısı Afaq Məsud, poeziyada Nigar Həsənzadə.

Aqşin Yenisey

Gallery

- Guya, Çingiz müəllimin mənsub olduğu ədəbi nəsildə “ciddi kişi yazar” imzası var ki? Müstəmləkə siyasəti nəyi diktə edibsə, onu da yazıblar. Məncə, müəyyən yaş dövründən sonra insan proseslərə qəlbinin deyil, tarixin, ağılın gözü ilə baxmalıdır. Məsələn, bütün kişi sovet şairlərinin yaradıcılığını bir yerə yığsan müasir qadın şair Baharın bir şerindəki poetikanı görə bilməzsən. Ciddi şair o deyil ki, kitabı kartof kisəsi ağırlığında olsun. Bəzən bir misra yüz qalın kitabdan daha çox yaşayır və yaşadır.

Rasim Qaraca

Gallery

- Mən özüm Çingiz Əlioğlunu ciddi yazıçı və ya şair saymıram. O ki qaldı, ciddi imzası olan qadın yazarlara, əlbəttə ki, var. İlk olaraq mərhum Sara Nəzirova yadıma düşür, Nərmin Kamal, Günel Mövlud, Sahilə İbrahimova, Aysel Əlizadə, Sevinc Elsevər, bu gün ad gününü qeyd edən Mehriban Vəzir, - ciddi imzası olan qadın yazarlarımızdır. Səhər-səhər, ilk anda yadıma düşməyən daha neçə adlar var.

Azad Yaşar

Görüntünün olası içeriği: Azad Aziyaf, oturuyor

- Bəzən “Söz adamları arasında güclü qadınlar yoxdur, varsa da, uzaqbaşı bir əlin barmaqları qədərdir” deyənlərə qəti etiraz edərək deməliyəm ki, dünya ədəbiyyatında güclü qələm sahibi olan qadın yazarların sayı son iyirmi ildə sürətlə artıb və hətta bir çoxları kişiləri xeyli geridə qoyublar. Siz də razılaşarsınız ki, sənət hər hansı cinsin, dinin, irqin, sosial mənşəyin və ideologiyanın monopoliyasında qalacaq qədər cılız bir anlayış deyil, buna can atmaq isə mənasız və xırdaçı bir cəhddir. Təsadüfi deyil ki, bu il Nobel və Buker mükafatlarına layiq görülən laureatlar üzrə ümumi hesabda da kişilər qadınlara yenilirlər və hesab 3 : 1-dir.

O ki qaldı bizim ədəbiyyata, bənzər proseslər bizdə də gedir, ancaq həmişəki kimi daha ləng şəkildə. Amma maraqlı qadın yazarlarımız var və sayları getdikcə artır. Məhz klişeləşmiş "qadın şeiri / nəsri" anlayışının çərçivələrini dağıdan qadınlar, sentimentallıqdan uzaq əsərlərə imza atan xanımlar ədəbiyyatda özlərini daha az müddətdə təsdiqləyə bilirlər. Görünür, cəmiyyətin və dünyanın inkişafı da öz növbəsində bunu təsdiq edir.

Rəşad Məcid

Gallery

- Əlbəttə var. Dəfələrlə demişəm. Afaq Məsud, İradə Tuncay dünya səviyyəli ciddi yazarlardı. Daha gənclərin də arasında var. Onların adın çəkmirəm ki, göz dəyməsin. Çingiz müəllimə də can sağlığı arzulayıram. Öpürəm onu! Elə qadın yazarlarımızı da.

Müşfiq Şükürov

Gallery

- Nəinki Azərbaycanda, dünyada yoxdur. İnciməsin qadınlar. Məşhur qadın yazarlar var, az da olsa, məşhurluq başqa fenomendir. Ən məşhurlarından biri bu yaxınlarda “Bozun 50 çaları”nı yazdı, məsələn. Amma onların hamısını Tolstoyla, Dostoyevski, Çexov, Heminquey, Markes və başqaları ilə müqayisə edə bilməzsiniz. Fəlsəfədə də eyni vəziyyətdir. Mən bunu qadın energetikasının axarı ilə izah edirəm. Sözlərinin ağırlığı, ciddiyyəti, tədqiqat ruhlarının dərinliyi yetərli deyil. Bu da yaradıcılıqlarına yansıyır. Babalarımız isə bu suala sadə cavab verirdilər: “hulqumları yoxdur”. İnciməsinlər, amma kimsə bunu deməlidir.

Cəlil Cavanşir

Gallery

- Çingiz Əlioğlunun fikirlərinə qətiyyən qatılmıram. Müasir ədəbiyyatımızda kifayət qədər ciddi imzası olan xanımlar var. Məsələn, Afaq Məsud Azərbaycan nəsrində çox ciddi hadisələrdən biridir. Cavi Dan və Sahilə Yaya müasir nəsrimizdə ciddi imzalardır. Şeirdə Elnaz Eyvazı, Sevinc Çığını, Bahar Zamanı, Rəbiqə Nazimqızını, Fəridəni kifayət qədər ciddi imza hesab edirəm. Adını sadaladığım imzalar hətta Çingiz Əlioğludan da ciddi, samballı imzalardır. Çingiz müəllimin bu yaşda cığallıq etməsinə də bir anlam verə bilmədim. Ehtimal ki, müəllimin müasir ədəbiyyatdan xəbəri yoxdur.

# 4867 dəfə oxunub

Oxşar xəbərlər

Rusiyanın mədəniyyət naziri Bakıdakı Rus evində olub

Rusiyanın mədəniyyət naziri Bakıdakı Rus evində olub

17:27 13 noyabr 2024
Slovakiya Prezidenti Qobustan qoruğunu ziyarət edib

Slovakiya Prezidenti Qobustan qoruğunu ziyarət edib

17:12 13 noyabr 2024
“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş sərgi

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş sərgi

16:25 13 noyabr 2024
Sabir Rüstəmxanlı:  "Bütün dostlar Bakıdadır, gəlməyənlər özləri bilər..."

Sabir Rüstəmxanlı: "Bütün dostlar Bakıdadır, gəlməyənlər özləri bilər..."

14:49 13 noyabr 2024
Azərbaycanın tarixi-mədəni irsi COP29-da təbliğ olunur

Azərbaycanın tarixi-mədəni irsi COP29-da təbliğ olunur

14:41 13 noyabr 2024
Yazıçı Müşfiq Xanın evi yanıb - Foto

Yazıçı Müşfiq Xanın evi yanıb - Foto

12:45 13 noyabr 2024
# # #