Nəsimiyə həsr olunmuş tamaşanın premyerası olub

Nəsimiyə həsr olunmuş tamaşanın premyerası olub
27 dekabr 2019
# 18:43

Dekabrın 26-da Azərbaycan Dövlət “Yuğ” Teatrında “Mənəm, mən...” adlı tamaşanın premyerası olub.

Tədbirdə dövlət və hökumət üzvləri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Səhnə əsərinin nümayişindən öncə rejissor Mehriban Ələkbərzadə çıxış edərək tamaşa haqqında məlumat verib. Bildirib ki, səhnə əsəri böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi münasibətilə hazırlanıb. Vurğulayıb ki, Azərbaycan Dövlət “Yuğ” Teatrı və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə layihəsi əsasında hazırlanan tamaşanın janrı mistik-psixoloji dramı kimi təyin edilib.

Ölkəmizdə “Nəsimi ili” çərçivəsində keçirilən silsilə tədbirlərdən bəhs edən rejissor, hazırkı premyeranın da reallaşan tədbirlərin davamı olduğunu qeyd edib. Səhnə əsərinin yaradıcı heyətini tədbir iştirakçılarına təqdim edən M.Ələkbərzadə tamaşanın repertuarında xüsusi yer tutacağına əminliyini ifadə edib.

Sonra tamaşa nümayiş olunub.

Səhnə əsərində aktyorlar Xalq artisti Məmməd Səfa, Əməkdar artist Qasım Nağı, aktyorlar Əbdülqəni Əliyev, Ziya Ağa, Vüqar Hacıyev, Elgün Həmidov, Elşən Əsgərov və Amid Qasımov çıxış ediblər.

Aktyorların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Qeyd edək ki, yazıçı-dramaturq İlqar Fəhminin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, bəstəkarı Xalq artisti Aygün Səmədzadə, plastik həllin müəllifi Ceyhun Dadaşov, rejissor assistenti Günel Səfərovadır. /azertag.az/

# 3033 dəfə oxunub

Oxşar xəbərlər

Dövlət Uşaq Filarmoniyasında Novruz festivalı

Dövlət Uşaq Filarmoniyasında Novruz festivalı

18:00 10 mart 2026
Muğam Mərkəzində Novruz bayramına həsr olunmuş konsert proqramı təqdim olunacaq

Muğam Mərkəzində Novruz bayramına həsr olunmuş konsert proqramı təqdim olunacaq

17:30 10 mart 2026
Medianın İnkişafı Agentliyi bəyanat yaydı

Medianın İnkişafı Agentliyi bəyanat yaydı

17:00 10 mart 2026
“Aktrisa heç bir yerini şişirtməli deyil” – Gülşad Baxşıyeva ilə müsahibə

“Aktrisa heç bir yerini şişirtməli deyil” – Gülşad Baxşıyeva ilə müsahibə

16:02 10 mart 2026
Romantizmin üsyankar nəzəriyyəçisi - O, Avropanın gələcəyini necə təsəvvür edirdi?

Romantizmin üsyankar nəzəriyyəçisi - O, Avropanın gələcəyini necə təsəvvür edirdi?

16:00 10 mart 2026
“CHARACTERS 2026”  pyes müsabiqəsi qaliblərinin adı açıqlandı

“CHARACTERS 2026” pyes müsabiqəsi qaliblərinin adı açıqlandı

15:30 10 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər