Nəsimiyə həsr olunmuş tamaşa nümayiş ediləcək

Nəsimiyə həsr olunmuş tamaşa nümayiş ediləcək
20 may 2020
# 16:19

Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı heyəti görkəmli şair İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” adlı tamaşanı növbəti dəfə mayın 28-də onlayn şəkildə təqdim edəcək.

Azərbaycan Dövlət “Yuğ” Teatrı və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə layihəsi əsasında hazırlanan səhnə əsərinin janrı mistik-psixoloji dramı kimi təyin edilib.

Səhnə əsərində aktyorlar Xalq artisti Məmməd Səfa, Əməkdar artist Qasım Nağı, aktyorlar Əbdülqəni Əliyev, Ziya Ağa, Vüqar Hacıyev, Elgün Həmidov, Elşən Əsgərov və Amid Qasımov çıxış edəcək.

Qeyd edək ki, yazıçı-dramaturq İlqar Fəhminin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, bəstəkarı Xalq artisti Aygün Səmədzadə, plastik həllin müəllifi Ceyhun Dadaşov, rejissor assistenti Günel Səfərovadır.

# 3118 dəfə oxunub

Oxşar xəbərlər

Əkbər Qoşalının məqaləsi Ankarada çıxan “Yüce Erek” jurnalında

Əkbər Qoşalının məqaləsi Ankarada çıxan “Yüce Erek” jurnalında

15:05 12 mart 2026
Süni intellektlə foto, video hazırlayıb yaymaq cinayət məsuliyyəti yaradacaq

Süni intellektlə foto, video hazırlayıb yaymaq cinayət məsuliyyəti yaradacaq

15:00 12 mart 2026
Süleyman Rüstəm məşhur yazıçını necə aldatdı? - Ədəbiyyatın pərdəarxası

Süleyman Rüstəm məşhur yazıçını necə aldatdı? - Ədəbiyyatın pərdəarxası

14:50 12 mart 2026
Xalq şairi Süleyman Rüstəmin xatirəsi anıldı

Xalq şairi Süleyman Rüstəmin xatirəsi anıldı

13:31 12 mart 2026
Bakıda at oynadan özbək Şeyx Nəsrullah... - Biz niyə belə asan aldanırıq?

Bakıda at oynadan özbək Şeyx Nəsrullah... - Biz niyə belə asan aldanırıq?

13:00 12 mart 2026
"Yazıçı yaltaq ola bilər, manyak da ola bilər, amma..." - Kimdir mənim kitabımı oxuyan?

"Yazıçı yaltaq ola bilər, manyak da ola bilər, amma..." - Kimdir mənim kitabımı oxuyan?

12:00 12 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər