Norveçdə maraqlı layihə: Azərbaycan, Türkiyə, Pakistan...

Norveçdə maraqlı layihə: Azərbaycan, Türkiyə, Pakistan...
9 iyun 2021
# 11:36

Norveçdəki Azərbaycan "CAN" diaspor təşkilatı bu ölkədə Azərbaycan, Türkiyə və Pakistan mədəniyyətini tanıtmaq məqsədilə birgə layihə keçirməyi planlaşdırır.

Norveçdə fəaliyyət göstərən "CAN" diaspor təşkilatının sədri Şervin Nəcəfpur və “Reachig Out” təşkilatının rəhbəri Neha İkram, Pakistanın bu ölkədəki səfiri Zahiri Pərvaz Xanla görüşüb.

Görüşdə Azərbaycanla Pakistan arasındakı tarixi dostluq əlaqələrinə toxunularaq, iki ölkəni birləşdirən ümumi dəyərlərə əsaslanıb birgə layihələrin keçirilməsi barəsində fikir mübadiləsi aparılıb.

Səfir Zahiri Pərvaz Xan daha əvvəl Osloda “CAN” təşkilatı tərəfindən keçirilən “Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf et” sərgisini yüksək qiymətləndirərək, tarixi faktlara əsaslanan mədəni körpülərin yaradılmasının əhəmiyyətini vurğulayıb. Azərbaycanın dünya ölkələri arasında tolerantlığı ilə tanındığını bildirən səfir, ölkəmizə səfərlərindən danışaraq zəngin mədəni irsimizin dəyərini xüsusilə vurğulayıb.

Zahiri Pərvaz Xan bildirib ki, bütün bu faktlar birgə fəaliyyət üçün möhkəm əsas yaratdığı üçün, "CAN" diaspor təşkilatının rəhbərliyi ilə Norveçdə Azərbaycan, Pakistan və Türkiyə mədəniyyətlərini tanıtmaq məqsədli tədbirin keçirilməsi zəruridir.

Daha sonra "CAN" diaspor təşkilatının sədri Şervin Nəcəfpur səmimi qəbula və Azərbaycan haqqında ifadə etdiyi xoş sözlərə görə səfirə minnətdarlığını bildirərək, Pakistanla Azərbaycan xalqları arasında yaranan yaxın dostluq və əməkdaşlıq əlaqələrinin xüsusi əhəmiyyətini qeyd edib. Diaspor fəalı bu əlaqələrin yeni səpkidə inkişafının, diasporlarımızın daha sıx əlaqələndirilməsinin labüd olduğunu qeyd edərək, birgə layihənin keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirib.

Görüşdə yeni layihə geniş müzakirə olunub./azertag.az/

# 2878 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər