Nizamiyə həsr olunan müsabiqənin qalibləri bilindi

Nizamiyə həsr olunan müsabiqənin qalibləri bilindi
16 iyun 2021
# 14:02

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr edilən beynəlxalq xalça eskizi müsabiqəsinin qalibləri müəyyənləşib.

Azərbaycan Milli Xalça Muzeyindən APA-ya verilən məlumata görə, beynəlxalq münsiflər heyəti tərəfindən 43 iştirakçı arasından iki qalib seçilib.

“Düşüncələr” adlı eskizin müəllifi, azərbaycanlı rəssam Eldar İbadullayev və “İntikalun” (Ərəb dilindən tərcümədə "Keçid") adlı eskizin müəllifi Rusiyadan olan tekstil dizayneri Olqa Laşenkodur.

Qeyd edək ki, 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması ilə əlaqədar Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə yaşı 20-dən yuxarı yaradıcı şəxslər iştirak edib.

Müsabiqədə qalib olan müəlliflərin eskizləri əsasında muzeyin Ənənəvi texnologiya şöbəsinin əməkdaşları tərəfindən xalça toxunacaq, həmçinin qaliblərə pul mükafatı veriləcək.

# 2845 dəfə oxunub

Oxşar xəbərlər

Böyük Mərdəkan qəsrində çökmə oldu

Böyük Mərdəkan qəsrində çökmə oldu

18:14 13 aprel 2026
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

17:37 13 aprel 2026
Gülnar Səmanın kitabı Türkiyədə çap olundu

Gülnar Səmanın kitabı Türkiyədə çap olundu

16:55 13 aprel 2026
Kəmalə Abıyeva ilə görüş keçirildi

Kəmalə Abıyeva ilə görüş keçirildi

16:55 13 aprel 2026
"O mənim həyatımı dağıtdı, evimi, maşınlarımı satdım"  - Dünya çempionu ilə müsahibə

"O mənim həyatımı dağıtdı, evimi, maşınlarımı satdım" - Dünya çempionu ilə müsahibə

16:09 13 aprel 2026
Obrazlı hekayələr toplusu - Gülnar Qəmbərova

Obrazlı hekayələr toplusu - Gülnar Qəmbərova

15:35 13 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər