Musiqili Teatr yeni mövsümü videokonfransla açıb

Musiqili Teatr yeni mövsümü videokonfransla açıb
2 sentyabr 2020
# 16:27

111-ci teatr mövsümünə qədəm qoyan Azərbaycan Dövlət Akademik Musiqili Teatrının bütün əməkdaşları ilə geniş tərkibdə videokonfrans təşkil edilib.

Teatrın mətbuat xidmətindən Kulis.az-a bildirilib ki, onlayn toplantını giriş sözü ilə açan teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə dövlət tərəfindən tətbiq edilən sosial izolyasiya tədbirləri barəsində ətraflı məlumat verib. Bundan sonra da Musiqili Teatrın fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara uyğun olaraq, davam etdiriləcəyini bildirən Ə.Lalayev, yaradıcı heyəti yaranmış fasilədən səmərəli şəkildə faydalanmağa, ötən mövsümdə teatrın yarımçıq qalan onlayn layihələrində davamlı olaraq aktiv iştirak etməyə çağırıb.

Daha sonra virtual görüşdə iştirak edən aktyorlar, balet artistləri, xor truppasının, orkestr heyətinin üzvləri karantin rejiminin ilk günlərindən indiyə qədər reallaşdırılan layihələrdə iştirakları barədə ətraflı hesabat veriblər.

Toplantıda, eyni zamanda sentyabrın 18-də Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin 135 illik yubileyi münasibətilə virtual tədbirin keçirilməsi də qərara alınıb.

# 2464 dəfə oxunub

Oxşar xəbərlər

Stalin dilemma qarşısında və Atatürkün sükutu - Azər Turan

Stalin dilemma qarşısında və Atatürkün sükutu - Azər Turan

12:00 28 fevral 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:16 28 fevral 2026
Əlimizdə çarə yox, cəmiyyəti sel aparıb - Aliminə, ağsaqqalına lağ edən naqqallar

Əlimizdə çarə yox, cəmiyyəti sel aparıb - Aliminə, ağsaqqalına lağ edən naqqallar

10:26 28 fevral 2026
Məşhur meyxanaçı vəfat etdi

Məşhur meyxanaçı vəfat etdi

09:54 28 fevral 2026
Milli Qəhrəman Füzuli Rüstəmovun xatirəsi anıldı

Milli Qəhrəman Füzuli Rüstəmovun xatirəsi anıldı

17:40 27 fevral 2026
İspaniya "Avroviziya"  qaydalarını dəyişmək istəyir

İspaniya "Avroviziya" qaydalarını dəyişmək istəyir

16:40 27 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər