Musiqili Teatr "Evdə qal!" çərçivəsində beynəlxalq layihəyə imza atdı

Musiqili Teatr "Evdə qal!" çərçivəsində beynəlxalq layihəyə imza atdı
6 aprel 2020
# 19:21

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı "Evdə qal!" kompaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrinin sənət adamları ilə yeni layihəyə imza atıb.

Teatrın simfonik orkestrinin solisti, beynəlxalq müsabiqələr laureatı, istedadlı pianoçu Firuzə Nəcəflinin təşəbbüsü ilə ayrı-ayrı ölkələrdə yaşayan türk və ispan musiqiçiləri virtual şəkildə bir araya gələrək maraqlı bir musiqi nömrəsi təqdim ediblər.

Qeyd edək ki, virtual konsertdə Firuzə ilə yanaşı, türkiyəli bəstəkar, pianoçu Sərhat Gündüz, bas gitaraçı Haşım Yılmaz, həmçinin ispaniyalı peşəkar zərb aləti ifaçısı Matias Menaraguez da iştirak edib. "Love" adlanan bu kompozisiyanın bəstəkarı və aranjemançısı Sərhat Gündüzdür.

Məkanları fərqli, məramları eyni olan Azərbaycan, Türkiyə və İspaniya musiqiçiləri bu addımları ilə mədəniyyətlərin sərhədsizliyini bir daha nümayiş etdirərək dünyanın bu çətin pandemiya ilə üz-üzə qaldığı bir vaxtda həmrəy olduqlarını, hər kəsə "evdə qalsaq da, ideya və arzularımızdan qalmırıq!" ismarışını verməyə çalışıblar. /azertag.az/

# 3472 dəfə oxunub

Oxşar xəbərlər

Amerikalı aktrisanın ölüm səbəbi açıqlandı

Amerikalı aktrisanın ölüm səbəbi açıqlandı

16:30 23 sentyabr 2026
Məşhur aktyordan süni intellekt açıqlaması

Məşhur aktyordan süni intellekt açıqlaması

15:30 23 sentyabr 2026
Kamal Abdullanın fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr olundu

Kamal Abdullanın fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr olundu

15:04 23 sentyabr 2026
Zər atıb musiqi yazan dahilər - Səs-küy, yoxsa sənət?

Zər atıb musiqi yazan dahilər - Səs-küy, yoxsa sənət?

14:30 23 sentyabr 2026
Bukingem sarayından Diananın qardaşına sərt bəyanat

Bukingem sarayından Diananın qardaşına sərt bəyanat

14:00 23 sentyabr 2026
1914-cü il nəslinin rəssamlarına aid layihə təqdim olundu

1914-cü il nəslinin rəssamlarına aid layihə təqdim olundu

13:30 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər