Muğam Mərkəzində bədii proqram təqdim olunub

Muğam Mərkəzində bədii proqram təqdim olunub
5 oktyabr 2021
# 15:05

Nazirlər Kabineti yanında Operativ Qərargahın teatr və konsert salonlarının fəaliyyətinə icazə verilməsi ilə bağlı qərardan sonra Beynəlxalq Muğam Mərkəzində ilk tədbir reallaşıb.

“Mir Həmzə Nigari Qarabaği” simpoziumu çərçivəsində təqdim edilən bədii proqramda əvvəlcə tanıtım filmi nümayiş olunub. Daha sonra Xalq artisti Mənsum İbrahimov, Mircavad Cəfərov, Əməkdar artistlər Təyyar Bayramov, İlkin Niftəliyev, gənc xanəndə Kənan Bayramovun ifaları təqdim olunub. Gecədə həmçinin Mir Həmzə Nigari Qarabağinin qəzəlləri səsləndirilib.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi tamaşaçıları Operativ Qərargahın qərarına əsasən zalın ümumi tutumunun 50 faizindən çox olmamaq şərti ilə qəbul edir. Mərkəzin “Unudulmayanlar”, “Qəzəllər”, “Aşıq musiqisi axşamları”, “Muğam axşamları” və digər konsertləri oktyabrın ikinci yarısından etibarən davam etdiriləcək. Tamaşaçılar konsert və digər tədbirlərin keçirilmə vaxtı ilə mərkəzin sosial şəbəkələri vasitəsilə məlumatlandırılacaq. /azertag.az/

# 3309 dəfə oxunub

Oxşar xəbərlər

"Biz yalnız özümüzü eşidirik..."  - Alman filosofdan sitatlar

"Biz yalnız özümüzü eşidirik..." - Alman filosofdan sitatlar

16:20 4 avqust 2026
“Star Wars” anime ilə ekranlara qayıdır

“Star Wars” anime ilə ekranlara qayıdır

15:20 4 avqust 2026
Təhsilimizdə sabitlik ehtiyacı - İslahatlar, yoxsa bitməyən çılğın eksperimentlər?

Təhsilimizdə sabitlik ehtiyacı - İslahatlar, yoxsa bitməyən çılğın eksperimentlər?

14:00 4 avqust 2026
Tanınmış  aktrisa vəfat etdi – Səbəb

Tanınmış aktrisa vəfat etdi – Səbəb

13:40 4 avqust 2026
12-ci Bakı Beynəlxalq Kitab Sərgisinin bu il keçiriləcəyi tarix məlum oldu

12-ci Bakı Beynəlxalq Kitab Sərgisinin bu il keçiriləcəyi tarix məlum oldu

13:38 4 avqust 2026
Məşhur müğənni fəaliyyətini dayandırır – Səbəb

Məşhur müğənni fəaliyyətini dayandırır – Səbəb

13:30 4 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər